• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


-Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Əziz qurultay iştirakçıları!
Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm.
Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün çox böyük hadisədir. Qurultaylar, adətən, Türkiyədə keçirilirdi. Mən xatırlayıram, keçən il biz Antalyada qurultayda bərabər iştirak etmişdik. Orada çox vacib, çox önəmli qərarlar qəbul edilmişdi, çox maraqlı müzakirələr keçirilmişdi. Mən çox şadam ki, növbəti qurultayın Azərbaycanda keçirilməsi barədə bizim təklifimiz qəbul olundu və bu gün biz bu gözəl qurultayı Bakıda keçiririk. Bu bir daha onu göstərir ki, bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir. Buna çox böyük ehtiyac var.
Bizim müstəqil ölkə kimi yaşamağımız, Sovet İttifaqının dağılmasından sonra 5 türk cümhuriyyətinin meydana gəlməsi nəticəsində yaranmış yeni bir vəziyyət, əlbəttə ki, bizi daha sıx birləşməyə sövq edir. Biz bunu fəal şəkildə edirik. Son qısa müddət ərzində Türkiyədə və Azərbaycanda bizim birliyimizi möhkəmləndirən çox vacib tədbirlər keçirildi. Qeyd etdiyim kimi, ötən il Antalyada qurultay keçirildi. Ondan sonra Antalyada türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü keçirildi. Bu ilin mart ayında Bakıda Azərbaycan və türk diasporları rəhbərlərinin I forumu keçirildi. Bu gün bu gözəl qurultay keçirilir. Gələn il, 2008-ci ildə Bakıda türkdilli dövlət başçılarının növbəti zirvə görüşü keçiriləcəkdir. Yəni bütün bu görüşlər, qurultaylar, tədbirlər bir məqsəd güdür - türk dünyası daha da mütəşəkkil olsun, bir-birilə əlaqələrini və dünyadakı mövqelərini daha da möhkəmləndirsin. Bu, bizim hamımızın marağındadır. Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər.
İndi dünyada gedən qloballaşma prosesləri, əlbəttə ki, bizim ölkələrdən də yan keçmir. Amma bununla bərabər, biz öz milli ənənələrimizə sadiqik, öz milli dəyərlərimiz üzərində dövlətlərimizi qururuq. Müstəqil olmayan dövrdə bizi bir xalq kimi saxlayan, milli mənsubiyyətimizi qoruyan bizim tariximiz olubdur, mədəniyyətimiz olubdur, ana dilimiz olubdur, bizim milli musiqimiz olubdur, ədəbiyyatımız olubdur. Bu sahədə birliyin və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün çox gözəl imkanlar var.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved