• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


QAZAXISTAN MƏDƏNİYYƏT VƏ İNFORMASİYA NAZİRİNİN MÜAVINİ ASKAR BURİBAYEVİN ÇIXIŞI


-Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev!
Türkiyənin hörmətli Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan!
Xanımlar və cənablar!
Bügünkü Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı xüsusi bir əhəmiyyət kəsb edən hadisədir. Bu tədbirin keçirilməsinə görə biz təşkilatçılara təşəkkürümüzü bildiririk.
Xanımlar və cənablar!
Son illər ərzində bütün türkdilli dövlətlər arasında mədəni, mənəvi, humanitar və digər sahələrdə əlaqələr getdikcə genişlənməkdədir. Bu dövlətlər ümumi mədəniyyətə, ümumi tarixi köklərə, ümumi dilə malikdirlər. Türk dünyası dünya sivilizsiyasında çox əhəmiyyətli rol oynamışdır. Bizim əcdadlarımız tərəfindən yaradılmış mədəniyyət abidələri hazırda bütün bəşəriyyətə məxsusdur. Bu nailiyyətləri, bu dəyərləri yeni nəsillərə çatdırmaq bizim qarşımızda duran məqsədlərdən biridir.
Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Bakıda keçirilməsi türkdilli xalqların əməkdaşlığının bariz nümunəsidir. Onlar öz mentalitetinə, dilləri, tarixi ənənələrinə görə bir-birinə çox yaxındırlar.
Qazaxıstan qardaş Azərbaycanın və digər türkdilli dövlətlərin təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyir. Növbəti qurultayın keçirilməsi ideyalar mübadiləsi üçün çox gözəl bir imkandır ki, bunun da nəticəsində türk dünyası daha da inkişaf edə bilsin.
Hörmətli dostlar!
Qurulyatın işinə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Çox sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved