• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN III QURULTAYI İŞTİRAKÇILARININ BƏYANATI


Son vaxtlar kütləvi informasiya vasitələrində Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan məlumatlar Avropada yaşayan azərbaycanlıları da ciddi şəkildə narahat etməkdədir. Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri azaldır.
Ermənistan diasporu və lobbisi uzun illərdir ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır. Lakin Türkiyə dövlətinin sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərtlərdən biri Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı olmuşdur. Təəssüf ki, son məlumatlar bu şərtlərin artıq ortadan qaldırıldığını və sərhədlərin qeyd-şərtsiz açılması ilə bağlı Ermənistan hökumətinin irəli sürdüyü tələblərin reallığa çevrildiyini göstərməkdədir.
Əlbəttə ki, hər bir ölkə ilə münasibətlərini müəyyənləşdirmək Türkiyə dövlətinin və xalqının müstəsna hüququdur. Lakin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Dağlıq Qarabağ münaqişəsinin həlli əsas şərtlərdən biri olaraq qalmalıdır. Münaqişə öz həllini tapmadan Ermənistanla əlaqələrin bərpası  mahiyyət etibarilə təcavüzkar tərəfə əlavə psixoloji-siyasi üstünlük gətirə bilər.  
Azərbaycanla Türkiyə arasında münasibətlər dərin tarixi köklərə malikdir və strateji müttəfiqlik xarakteri daşıyır. Bu müttəfiqlik regionda sülhün və sabitliyin təmin olunmasında hər zaman həlledici rol oynamışdır. Ermənistanla sərhədlərin açılması bu münasibətlərin ruhuna ziddir və nəinki hər iki ölkənin, bütövlükdə Türk dünyasının məafelərini, habelə regional təhlükəsizliyi təhdid altında qoyur.
Biz – Avropa Azərbaycanlıları Konqresinin III qurultayının iştirakçıları Türkiyə hökumətinə müraciət edərək Ermənistanla sərhədlərin açılması barədə kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirməyə çağırırıq. Biz bu məsələdə xalqlarımızın mövqeyinin tamamilə üst-üstə düşdüyünə inanaraq, Türkiyə türklərinə üz tutur və bu cür yanlış qərarların qəbul edilməməsi üçün siyasi dairələrə öz qəti və kəskin etirazını bildirməyə dəvət edirik. Biz dünyanın müxtəlif ölkələrindəki türk icmalarına və bütün türkdilli xalqların diaspor təşkilatlarına üz tutaraq, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının bütün Türk dünyasının mənafelərinə zidd olduğunu bəyan edir və bizim ədalətli mövqeyimizi dəstəkləməyi xahiş edirik.
Əminik ki, zəngin dövlətçilik ənənələrinə malik Türkiyə öz prinsiplərinə sadiq qalacaq və öz etibarlı strateji tərəfdaşı olan Azərbaycanın maraqlarına zidd hər hansı addım atmayacaqdır.

Bəyanat Avropa Azərbaycanlıları Konqresinin
III Qurultayında qəbul edilmişdir.
Almaniya, Frankfurt şəhəri,
 14 aprel 2009-cu il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved