• Türkdilli ölkələrin diaspor rəhbərləri Bakıda toplaşacaqTürkdilli ölkələrin diaspor rəhbərləri Bakıda toplaşacaq
  • Avstraliyada qondarma Avstraliyada qondarma "erməni soyqırımı"nın tanınmasına qarşı etiraz aksiyası keçirilib
  • Azərbaycanlı yazıçının kitabı İsveçrədə təqdim olunduAzərbaycanlı yazıçının kitabı İsveçrədə təqdim olundu
  • Parisdə gənc azərbaycanlı yazıçının kitabının təqdimatı olmuşdurParisdə gənc azərbaycanlı yazıçının kitabının təqdimatı olmuşdur
  • MEHRİBAN ƏLİYEVA MEHRİBAN ƏLİYEVA "ÜLVİYYƏT" İCTİMAİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB


Sədr


 

 Nazim Hüseyn oğlu İbrahimov
 
23 dekabr 1963-cü ildə Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur.
1970-1980-ci illərdə orta məktəbdə təhsil almış, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 
1985-1986-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası kimi çalışmışdır.
1986-1991-ci illərdə Naxçıvanda rəhbər vəzifələrdə işləmişdir.
1991-1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur.
1997-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. 1997-ci ilin sentyabrında Azərbaycan  Respublikası Prezidentinin Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının Moldova Respublikasındakı və Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralında isə eyni  zamanda Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.
2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
2002-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmişdir.
2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmişdir.
Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi var. 
Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved