• Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşübAzərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb
  • Malta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edibMalta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib
  • Rusiyanın Rusiyanın "Soyuz natsionalnostey" jurnalında Azərbaycan diasporu fəalının məqaləsi dərc edilib
  • Azərbaycanın muğam triosu Azərbaycanın muğam triosu "Al Kamancati" festivalında
  • Xaricdəki soydaşlarımızın əsəri Bakıda səhnələşdirilibXaricdəki soydaşlarımızın əsəri Bakıda səhnələşdirilib


KOMİTƏNİN APARATI


Dövlət Komitəsi Aparatı

 

Aparatın əsas funksiyaları:

 

  1. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər hazırlayaraq Dövlət Komitəsinin Sədrinə təqdim edir və bu sahədə qəbul olunmuş qərarları həyata keçirir;
  2. Diasporla İş üzrə Dövlət Komitəsinin Sədrinin əmr və göstərişlərinə əsasən xarici ölkələrdə yaşayan azərbaycanlılarla işin səmərəli təşkil olunmasını təmin etmək məqsədilə müvafiq dövlət hakimiyyəti orqanlarından zəruri sənədləri, rəsmi məlumatları və informasiyaları alır;
  3. Kütləvi informasiya vasitələrində Dövlət Komitəsinin fəaliyyətinə dair müvafiq məlumatları yayır;
  4. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət proqramının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  5. Xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı dəyirmi masalar, seminarlar, beynəlxalq konfransların və brifinqlərin keçirilməsini təşkil edir;
  6. Xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirir, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənir və bu problemlərin həllinə dair Dövlət Komitəsi sədrinin  əmr, göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq dövlət strukturlarına təqdim edilmək məqsədilə təkliflər hazırlayır;
  7. Dövlət Komitəsində dəftərxana və kargüzarlıq işini təşkil edir;
  8. Dövlət Komitəsinin arxiv fondunu təşkil edir;
  9. Komitə əməkdaşlarının ezamiyyətlərinin nəticələri ilə bağlı hesabatlarını qəbul edir, onların təhlilini aparır, Azərbaycan diasporunun məskunlaşdığı ölkələrdə baş verən siyasi və hüquqi proseslər haqqında məlumatlar toplayır, qeyri-hökumət və diaspor təşkilatlarının müraciətlərini, təkliflərini təhlil edir və Dövlət Komitəsi Sədrinə müvafiq məruzələr hazırlayır;
  10.  Dövlət Komitəsi Aparatının əməkdaşlarının əmək, sosial-məişət və digər məsələlərinin həllini təşkil edir.

 

Aparatın vəzifələri:

 

  1. Xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının qorunmasına, onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə köməklik göstərmək;
  2. Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında həqiqi informasiya alınmasına şərait yaratmaq;
  3. Xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb etmək istiqamətində iş aparmaq;
  4. Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları , milli-mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək;
  5. Xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və yaradıcı kollektivlərinə yardım göstərmək;
  6. Dövlət Komitəsinin işi üçün arayışlar, rəylər və başqa informasiya məlumatlarını hazırlamaq;
  7. Vətəndaşların Dövlət Komitəsinə daxil olmuş ərizələrinə, şikayətlərinə və təkliflərinə müəyyən olunmuş qaydada baxılmasını təmin etmək;
  8. Dövlət Komitəsi rəhbərliyinin keçirdiyi müşavirələri, iclasları, habelə xarici ölkələrin nümayəndə heyətləri ilə görüşləri, qəbulları təşkil etmək;
  9. Xarici ölkələrdəki Azərbaycan icma və birliklərini Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı zəruri olan informasiya və sənədlərlə, normativ hüquqi aktlarla təmin etmək;
  10.  Dövlət Komitəsinin Əsasnaməsində göstərilən digər vəzifələri həyata keçirmək 

 

 

Aparata rəhbərlik

 

Aparatın rəhbəri aşağıdakı vəzifələri həyata keçirir:

 

  1. Aparatın şöbələrinin fəaliyyətini təşkil edir;
  2. Dövlət Komitəsinə daxil olmuş şikayətlər və müraciətlərə baxılmasının nəticələri və Komitənin iş planının icrasının gedişatı haqqında Dövlət Komitəsinin Sədrinə məruzə edir;
  3. Dövlət Komitəsinin Sədrinə Aparatın ştat cədvəli və struktur məsələləri barədə, habelə Aparat əməkdaşlarının mükafatlandırılması və onların üzərinə inzibati cəzanın qoyulmasını təşkil edir;
  4.  Komitə daxilində nizam-intizama riayət edilməsinə nəzarəti təşkil edir;

 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved