• "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək
  • Danimarkadakı Azərbaycan diasporu Rusiya dövlət və hökumət nümayəndələrinə müraciət qəbul edibDanimarkadakı Azərbaycan diasporu Rusiya dövlət və hökumət nümayəndələrinə müraciət qəbul edib
  • “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri: “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri: "ÜAK-la bağlı qərar Rusiyadakı azərbaycanlılara qarşı hörmətsizlikdir"
  • Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanatıRusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanatı


HÜQUQ TƏMİNATI, ÜMUMİ VƏ KADRLAR ŞÖBƏSİ


   

Hüquq Təminatı, Ümumi və Kadrlar   Şöbəsi

Şöbənin əsas vəzifələri:

 

     1. Komitə əməkdaşlarının Komitədaxili hüquqlarının tənzimlənməsini və xaricdə

yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ərazisində konstitusion hüquqlarının müvafiq qaydada qorunmasını təmin edir;

2. Məhkəmədə, o cümlədən digər ictimai yerlərdə Dövlət Komitəsini müəyyən edilmiş qaydada təmsil edir;

3. Şöbələr öz vəzifə səlahiyyətlərini həyata keçirərkən qanunçuluğa riayət etməsini nəzarətdə saxlayır;

4. Dövlət Komitəsi Sədrinin, o olmadığı təqdirdə, birinci müavinin, müavinin və Aparat rəhbərinin tapşırığı ilə hüquqi məsələlərə dair rəy verir;

5. Dövlət Komitəsi əməkdaşları arasında hüquqi məsələləri tənzimləyərək müvafiq məsləhətlər verir;

6. Dövlət Komitəsi daxilində mövcud qanunvericiliyə müvafiq olmayan sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi haqqında təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;

7. Hüquqi xarakterli sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;

8. Dövlət Komitəsi daxilində verilən əmr, sərəncam, qərar və digər hüquqi xarakterli sənədlərin layihələrinin qanunun tələblərinə uyğunluğunu yoxlayır və bu sənədlərə viza qoyur;

9. Dövlət Komitəsində yaradılan daimi və müvəqqəti komissiyalar tərəfindən görülən tədbirlərin həyata keçirilməsində iştirak edir;

10. Komitənin kadr təminatını təşkil edir, seçilməsi, sənədlərin yığılması və kadrların yerləşdirilməsi barədə müvafiq tədbirlər görür;

11. Komitə əməkdaşlarının hərbi vəzifəlilərin hərbi uçotunu təşkil edir;

12. Hərbi vəzifəlilərin və çağırışçıların tərkibində baş vermiş dəyişikliklər haqqında rayon hərbi komissarlıqlarına məlumat təqdim edir;

13. Yerli hərbi komissarlıqların tələbi üzrə hərbi vəzifəliləri və çağırışçıları xəbərdar edir;

14. Yerli hərbi komissarlıqların tələbi üzrə gənclərin siyahılarını təqdim edir;

15. Xidməti müşavirələrdə şöbədə aparılan hərbi uçot işinin vəziyyətini müzakirə edir;

16. Komitədə kargüzarlıq işini təşkil edir;

17. Kargüzarlıq sahəsində Komitənin şöbələrinə mütəmadi köməklik göstərir;

18. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq şöbənin və Komitənin digər şöbələrdə bu sahədə fəaliyyətini təşkil edir;

19. Komitə Sədrinin əmr, qərar, sərəncam və digər göstərişlərindən irəli gələn vəzifələri yerinə yetirmək.

 

 

Şöbənin əsas funksiyaları:

 

1.          Komitə Sədrinin əmr, qərar və sərəncamlarının, habelə şifahi göstərişlərinin yerinə yetirilməsini nəzarətdə saxlayır;

2.          Komitənin şöbələrində sənədlərlə işin təşkili və normativ-hüquqi təminat işinin aparılması üzərində metodiki rəhbərliyi həyata keçirir, səlahiyyəti daxilində bununla bağlı yoxlamalar aparır, müvafiq təklif və təqdimatlar hazırlayır;

3.          Komitənin kadr siyasətinə uyğun olaraq ştat cədvəlinə əsasən vakansiyaların ( boş yerlərin) tutulması üçün kadrların seçilməsi və onların peşə və iş qabiliyyətlərinin öyrənilməsini təşkil edir, Komitə Sədri qarşısında bu məsələ ilə bağlı təkliflərlə çıxış edir;

4.          Kadrların işə qəbulu və işdən azad edilməsi, ezamiyyət və məzuniyyət, təltif və töhmət verilməsi haqqında əmr layihələrini hazırlayır və Komitə Sədrinə təqdim edir;

5.           Komitə rəhbərliyi və əməkdaşlarının şəxsi işlərinin tərtib edilməsi, onların əmək kitabçalarının doldurulması, iş yerindən müvafiq arayışların verilməsini təmin edir;

6.          Komitəyə ilk dəfə işə qəbul, həmçinin vəzifəsində dəyişiklik edilən əməkdaşlarla əmək müqavilələrinin tərtib (kontraktın) və imzalanmasını təşkil edir;

7.          Öz vəzifələrini yerinə yetirmək üçün Komitənin bütün şöbələrindən zəruri məlumat və sənədləri alır;

8.          Hərbi bilet və bron ilə bağlı zəruri sənədlərin toplanılması və qeydiyyatının aparılmasını təmin edir;

9.          Komitədə hərbi vəzifəlilərin hərbi uçot haqqında məlumat ilə T-2 şəxsi uçot vərəqəsində (II sütunda) qeydlər aparılmasını təmin edir;

10.     İldə bir dəfə Komitədə çalışan hərbi vəzifəlilərin və çağırışçıların uçot məlumatlarını T-2 şəxsi vərəqi məlumatları ilə və rayon hərbi komissarlıqlarının uçot məlumatları ilə tutuşdurmasını təmin edir;

11.     Hərbi vəzifəlilərin və çağırışçıların tərkibində baş vermiş dəyişikliklər haqqında rayon hərbi komissarlıqlarına məlumat təqdim edir;

12.     Ehtiyatda olma yaşının son həddinə çatmış hərbi vəzifəlilərin xüsusi hərbi uçotdan çıxarılması, onların vəsiqələrinin rayon hərbi komissarlıqlarına göndərilməsi və xüsusi qeydiyyat blanklarının uçot kitabından silinməsi;

13.     Komitədə işləyən, təxsislənmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabat tərtib edilir və yerləşdiyi ərazi üzrə rayon hərbi komissarlığına yoxlanmaq üçün təqdim edilir. Yoxlandıqdan sonra bir nüsxə tabeçilik üzrə yuxarı təşkilata, bir nüsxə yerli hərbi komissarlığına, bir nüsxə isə müəssisədə qalır. Hesabata il ərzində hərbi uçot və təxsislənmə məsələləri ilə bağlı görülmüş işlər haqqında məlumat əlavə olunmasını təşkil edir;

14.     Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, Azərbaycan Respublikası Milli Məclisindən, Azərbaycan Respublikası Nazirlər Kabinetindən, məhkəmə, nazirlik, dövlət komitələri və digər dövlət orqanlarından, Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərindən, idarə, müəssisə, təşkilat və vətəndaşlardan Komitəyə daxil olan sənədləri (korrespondensiyanı) qəbul edir, rəsmiləşdirir və rəhbərliyin yazılı və ya şifahi göstərişinə əsasən onların təyinatı üzrə müvafiq şöbələrə çatdırılmasını təmin edir;

15.     Dövlət Komitəsinə daxil olan qanunların, normativ aktların və digər hüquqi sənədlərin qeydiyyatını və saxlanılmasını təşkil edir;

16.      Komitənin mərkəzi aparatının şöbələri tərəfindən hazırlanmış sənədlərin tərtibatını yoxlayır, onların qeydiyyatını həyata keçirir və müvafiq ünvanlara çatdırılması ilə bağlı tədbirlər görür;

17.     Komitənin şöbələri arasında komitədaxili yazışmaların qeydiyyatını aparır;

18.     Komitənin ünvanına daxil olan sənədlərin vaxtında icra olunmasına nəzarət edir;

19.     İşlərin ümumi nomenklaturasını tərtib edir və şöbələr üçün indeksator hazırlayır;

20.     Sənədlərin saxlanılması üçün zəruri olan qovluqları onların daxil olduqları təşkilatların və struktur bölmələrinin indeksasiya nömrələrinə uyğun olaraq lazımi qaydada formalaşdırır;

21.     Komitənin şöbələrinin gördükləri işlərin ümumi nomenklatur siyahısı əsasında arxiv xidmətini təşkil edir;

22.     Komitədə stenoqrafiya və şöbələrə sənədləri təqdim etmək məqsədi ilə surətçıxarma işini təşkil edir;

23.     Vətəndaşların qəbulunu təşkil edir, onların təklif, ərizə və şikayətlərinin qeydiyyatını həyata keçirir;

24.     Komitənin Əsasnaməsinə uyğun olaraq həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.

 

 

 

Şöbənin hüquqları:

 

  1. Şöbəni qanunvericilik-məlumat materialları ilə, məcmuələr və hüquqi məsələlərə dair başqa vəsaitlərlə, habelə lazımi hüquq ədəbiyyatı ilə təmin etmək;
  2. Şöbənin işinin təşkili üçün zəruri olan bütün material və arayışları Komitənin digər şöbələrindən almaq;
  3. Şöbələr tərəfindən hazırlanmış sənədlərin vaxtında daxil olması və ya göndərilməsinə nəzarət etmək;
  4. Komitənin ünvanına daxil olmuş və icrası nəzarətə götürülmüş sənədlərin vaxtında baxılmasını müvafiq şöbələrdən tələb etmək;
  5. Komitənin şöbələri tərəfindən hazırlanmış sənədlərin tərtibatı düzgün olmadıqda onları geri qaytarmaq və müvafiq formada tərtib edilməsi barədə təkliflər vermək;
  6. Komitəyə daxil olan sənədlərdə çatışmazlıq, uyğunsuzluq olduqda, müvafiq akt tərtib edərək sənədi geri qaytarmaq;
  7. Komitənin fəaliyyəti ilə bağlı Sədr tərəfindən keçirilən bütün müşavirələrdə iştirak etmək və təkliflər vermək;
  8. Komitənin rəhbərliyi qarşısında əməkdə yüksək nəticələr əldə edən və xüsusi lazımi işləri vaxtında yerinə yetirən işçilərin təltif edilməsi və əmək intizamını pozan işçilərin cəzalandırılması haqqında məsələ qaldırmaq;
  9. Komitə tərəfindən şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli sənədlərin hazırlanmasında bilavasitə iştirak edərək təkliflər vermək;

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved