• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


TƏBLİĞAT, İNFORMASİYA VƏ ANALİTİK TƏHLİL ŞÖBƏSİ


TƏBLİĞAT, İNFORMASİYA VƏ ANALİTİK TƏHLİL  ŞÖBƏSİ

 

Şöbənin əsas  vəzifələri:

 

1.      Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, habelə müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının qorunması, onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi, yaranmış problemlərlə bağlı təkliflər və layihələr hazırlayaraq Komitə rəhbərliyinə təqdim etmək, Komitənin digər şöbələrinə müvafiq təklif və tövsiyələr vermək;

2.      Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni  həyatı haqqında həqiqi informasiya alması ilə bağlı tədbirlər görmək;

3.       Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının  iqtisadi, mədəni və ictimai-siyasi həyatı ilə bağlı obyektiv məlumatlandırılmasını təmin etmək məqsədilə Komitənin digər şöbələri ilə əlaqələndirilmiş şəkildə layihə və təkliflər hazırlamaq, Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını təmin etmək;

4.      Xaricdə yaşayan azərbaycanlılar tərəfindən təsis  edilmiş mədəniyyət mərkəzləri, mədəni-maarif təşkilatları, kitabxanaları, arxivləri, muzeyləri, teatrları, musiqi ansamblları və yaradıcı kollektivləri ilə sıx əlaqə saxlamaq, onların Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, xalqımızın qarşılaşdığı problemlər, məruz qaldığı terror və soyqırım aktları ilə bağlı zəruri informasiya bazası ilə təmin edilməsi məqsədilə tədbirlər görmək;

5.      Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının, habelə millliyyətcə azərbaycanlı olmayan, lakin ölkəmizə maraq göstərən iş adamlarının Azərbaycana sərmayə qoymasının təşviq edilməsi məqsədilə Komitənin digər şöbələri ilə birlikdə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əməkdaşlıq şəraitində layihələr hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;

6.      Xaricdə yaşayan azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət  təşkilatlarının elmi müəssisələrinin nümayəndələrinin iştirakı ilə bağlı təkliflər vermək;

7.      Digər xalqların diasporlarının təcrübəsini öyrənmək, onların müsbət cəhətlərinin Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində tətbiqi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;

8.      Dünya Azərbaycanlılarının həmrəyliyinin əsası olan “Azərbaycançılıq” ideologiyasını xaricdə yaşayan azərbaycanlılar arasında təbliğ etmək, onların tarixi Vətənlə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər görmək;

9.      Komitənin, habelə xarici ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etmək;

10.  Xarici ölkələrdə yaşayan azərbaycanlıların milli, vətəndaş hüquqlarının müdafiəsini və qorunmasını təşkil etmək üçün beynəlxalq sənədlərdə təsbit olmuş qaydada azərbaycanlıların sıx yaşadığı ölkələrdə müvafiq dövlət orqanları, habelə beynəlxalq təşkilatların müvafiq strukturları ilə Komitə arasında əməkdaşlıq əlaqələrinin qurulmasını təmin etmək;

11. Xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan diasporunun fəaliyyəti, habelə Azərbaycan respublikasının milli maraqları ilə bu və ya digər formada bağlı olan mövzularda əksini tapmış materialları toplamaq və sistemləşdirmək , bu barədə Komitə rəhbərliyinə məlumatlar təqdim etmək;

12. Komitə sədrinin və rəhbərliyinin( Sədr müavinlərinin, aparat rəhbərinin) əmr, sərəncam və göstərişlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək.

 

Şöbənin əsas funksiyaları:

 

1.          Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər hazırlayır və Komitə rəhbərliyinə təqdim edir;

2.          Müəyyən olunmuş qaydada Komitənin fəaliyyət sahəsinə daxil olan məsələlər üzrə normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər verir;

3.          Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

4.          Xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayır və Komitə rəhbərliyinə təqdim edir;

5.          Rəhbərliyin göstərişləri əsasında xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı xüsusi arayışlar hazırlayır, dəyirmi masalar, seminarlar, beynəlxalq konfranslar və digər tədbirlərin təşkili ilə bağlı təkliflər verir;

6.          Komitənin digər şöbələrinin təqdim etdiyi məlumatlar, habelə şöbənin öz informasiyaları, apardığı təhlil və araşdırmalar əsasında xarici ölkələrdə yaşayan azərbaycanlıların  milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənir və həllinə dair təklifləri Komitə rəhbərliyinə təqdim edir;

7.          Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində “Həftə sonu” məktəblərinin və Azərbaycan  mədəniyyət mərkəzlərinin açılması, habelə fəaliyyətdə olan “Həftə sonu” məktəblərinin maddi-texniki təchizatı ilə bağlı tədbirlərin görülməsi üçün təkliflər verir;

8.          Xaricdə yaşayan azərbaycanlıların hüquq və  azadlıqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası sahəsində mövcud olan problemlərinin həlli məqsədilə öz səlahiyyətləri daxilində xarici dövlətlərin müvafiq orqanları ilə, beynəlxalq və ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri qurur;

9.          Xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda iştirak səviyyəsi ilə bağlı hesabatlar hazırlayır;

10.     Azərbaycan həqiqətlərinin təbliği məqsədilə təbliğat materialları, kitablar, broşurlar hazırlayır, film və video-çarxların hazırlanması ilə bağlı sifarişlərin verilməsi üçün rəhbərliyə təkliflər verir, Komitənin fəaliyyətini əks etdirən nəşrlərin hazırlanmasın, çapını və yayımını təşkil edir;

11.     Komitənin fəaliyyətinin kütləvi  informasiya vasitələrində mütəmadi işıqlandırılmasını təmin edir;

12.     Azərbaycan diasporunun fəaliyyəti, xaricdəki Azərbaycan icmalarının keçirdiyi tədbirlər, ölkəmizin milli maraqlarının müdafiəsi işində fəal iştirak edən soydaşlarımızla bağlı kütləvi informasiya vasitələrində mütəmadi məlumatların verilməsini təmin etmək məqsədilə tədbirlər görür;

13.     Xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları tərəfindən təsis edilmiş kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir, onların Azərbaycan haqqında zəruri materiallarla təchiz edilməsi məqsədilə tədbirlər görür;

14.     Şöbənin fəaliyyətinə dair müvafiq qaydada hesabatlar hazırlayır və Komitə rəhbərliyinə təqdim edir;

15.     Şöbələrin təqdim etdiyi hesabatları ümumiləşdirərək Komitənin fəaliyyətinə dair illik hesabatını hazırlayır və təsdiq olunmaq üçün Komitə rəhbərliyinə təqdim edir;

16.     Şöbələrin təqdim etdiyi məlumatları ümumiləşdirərək komitənin yarımillik və illik iş planlarını tərtib edir və təsdiq olunmaq üçün rəhbərliyə təqdim edir;

17.     Komitənin Əsasnaməsi və bu Əsasnamədən irəli gələn digər funksiyaları yerinə yetirir.

 

Şöbənin hüquqları:

 

1.       Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı normativ-hüquqi aktların hazırlanmasına, təkmilləşdirilməsinə dair təkliflərlə Komitə rəhbərliyinə müraciət etmək;

2.       Şöbənin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən zəruri məlumatlar, arayışlar almaq üçün Komitə rəhbərliyinə təkliflər təqdim etmək;

3.       Şöbəyə həvalə edilmiş vəzifələrə aid məsələlər üzrə Əsasnamədə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlar ilə iş aparmaq;

4.       Səlahiyyətləri çərçivəsində Komitə tərəfindən konfranslar, müşavirələr, seminarlar, sərgilər və digər tədbirlər  keçirilməsini təşkil etmək məqsədilə təkliflər vermək;

5.       Komitə rəhbərliyi ilə razılaşdırılmış şəkildə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komissiyaların, koordinasiya və ekspert şuralarının, işçi qruplarının işində iştirak etmək;

6.       Komitənin xaricdə yaşayan azərbaycanlılarla bağlı təbliğat, informasiya və nəşr fəaliyyətini həyata keçirmək;

7.       Rəhbərliyin göstərişləri əsasında Komitənin fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etmək və müvafiq analitik hesabatlar hazırlamaq;

8.       Xaricdə yaşayan azərbaycanlıların məskunlaşma coğrafiyası, cəmiyyətə inteqrasiyası, sosial-iqtisadi durumu, qarşılaşdığı problemlərlə bağlı analitik hesabatlar hazırlayaraq Komitə rəhbərliyinə təqdim etmək;

9.       Xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı layihə və təkliflər hazırlamaq;

10.   Xarici ölkələrdə yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında Komitənin iştirakını təşkil etmək;

11.   Komitə tərəfindən şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli sənədlərin hazırlanmasında iştirak etmək, təkliflər vermək;

12.  Komitənin Əsasnaməsi və bu Əsasnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved