• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


MALİYYƏ ŞÖBƏSİ


Maliyyə Şöbəsi

 

Şöbənin əsas vəzifələri:

 

  1. Komitənin idarə aparatının saxlanılması xərclərinin planlaşdırılması, idarə aparatı işçilərinin əmək haqları və ştatlarının saxlanılması xərcləri smetalarının tərtibi və maliyyə orqanları tərəfindən təsdiq edilməsini təşkil etmək;
  2. Normativ-hüquqi aktlara uyğun qanunvericilikdə nəzərdə tutulan qaydada xərclər smetalarının icrasına, məqsədli təyinatla və büdcə-maliyyə intizamına, müəssisələrarası hesablaşmalara, pul vasitələrinin maksimal qənaətinə və maddi qiymətlərinin saxlanılmasına, öhdəliklərin icrasına və digər maliyyə-təsərrüfat əməliyyatlarının düzgünlüyünə smetada nəzərdə tutulmuş qaydada riayət etmək;
  3. Zəruri sənədlərin və məlumatların, xərclər smetasının icrası barədə aylıq, rüblük, illik hesabatların, Əhalinin Sosial Müdafiəsi Fondu üzrə hesabatların, Dövlət Statistika İdarəsinin hesabatlarının, vergi hesabatlarının vaxtında tərtibi və təqdim edilməsi;

 

 

Şöbənin funksiyaları:

 

Şöbə yuxarıda qeyd edilən əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə                       yetirir:

1.     Şöbə Komitənin yaranması barədə təqdim olunmuş ilkin sənədləri rəhbər tutaraq, bütün növ əsas vəsaitlərin mövcudluğunu və idarədaxili hərəkətin dəqiq uçotunu aparır; alınmış təsərrüfat materialları və dəftərxana ləvazimatlarının, az qiymətli və tez köhnələn əşyaların istifadəsindən asılı olaraq maddi qiymətlilərin müddətinə riayət etməklə uçota alır və hesabdan silir;

2.     Komitənin işçilərinin vaxtı-vaxtında əmək haqlarının, müvəqqəti əmək qabiliyyətinin itirildiyinə görə müavinətlərin, mükafatların, ezamiyyətlərin, məzuniyyətlərin hesablanmasını və ödənilməsini təmin edir;

3.     Bankdan alınan nəğd pul vəsaitləri kassaya mədaxil edilir, kassa kitabına pul vəsaitlərinin hərəkəti məqsədli təyinatla öz əksini tapır, ayda bir dəfə MOXİ qarşısında təh-təl hesab şəxslər aldıqları avans təyinatından asılı olaraq üç gün müddətində avans hesabatları təqdim edilir, yığım cədvəli üzrə memorial orderləri aparılır;

4.     Komitənin normal fəaliyyət göstərməsi üçün idarə və təşkilatlarla sair hesablaşmaları həyata keçirir, kommunal xidmət haqların vaxtı-vaxtında ödənişlərini təmin edir, hesablaşmaların doğruluğunu yoxlayaraq qarşılıqlı üzləşmə aktları tərtib edir;

5.     Komitənin balansında olan nəqliyyat vasitələrinin bütün növ xidmət haqlarını ödəyir, yanacaq və sürtkü materialları ilə təmin edir, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasını, onların cari təmirini və texniki baxışdan keçirilməsi ilə bağlı xərcləri ödəyir.

 

Şöbənin hüquqları:

 

      Şöbə öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

  1. Şöbə qanunvericiliklə əlaqədar mövcud problemlərin və normativ-hüquqi aktlarla bağlı vəzifələrin həllinə dair əlaqədar təşkilatlara müraciət edir;
  2. Şöbənin iş fəaliyyəti çərçivəsində komitənin müvafiq struktur       bölmələri ilə əlaqə saxlayır, bəzi maliyyə məsələləri üzrə metodik və təlimat xarakterli məsləhətlər və izahatlar verir;
  3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

 

 

 

 

 

                       

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved