• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


II ƏRAZİ ŞÖBƏSİ


  

II Ərazi Şöbəsi

 

Şöbənin əsas  vəzifələri:

 

1.      Qərbi Avropada yaşayan azərbaycanlıların həmrəyliyinə nail olmaq üçün məqsədyönlü iş aparmaq, bununla bağlı digər zəruri tədbirləri həyata keçirmək;

2.      Qərbi Avropada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin sosial-iqtisadi və mədəni həyatı haqqında həqiqi informasiya alınmasına şərait yaratmaqla bağlı zəruri tədbirlər görmək;

3.      Qərbi Avropada yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının iqtisadi, sosial, ictimai-siyasi və mədəni həyatına cəlb etmək, habelə Azərbaycan Respublikasının Qərbi Avropa regionunda olan dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin qurulması və inkişaf etdirilməsi istiqamətində soydaşlarımızın fəaliyyətini təşkil etmək;

4.      Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu və sosial-iqtisadi inkişaf haqqında Qərbi Avropada yaşayan soydaşlara və təşkilatlara zəruri məlumatların verilməsini təşkil etmək;

5.      Beynəlxalq hüquq normalarına, Qərbi Avropa ölkələrinin qəbul etdiyi və Azərbaycan Respublikasının qoşulduğu normativ-hüquqi  aktlara uyğun olaraq bu regionlarda yaşayan azərbaycanlıların milli-mədəni ictimai birliklərinin yaradılmasının həyata keçirilməsinə yardım göstərmək istiqamətində işi təşkil etmək;

6.      Dünya Azərbaycanlılarının həmrəyliyinin əsası olan “Azərbaycançılıq” prinsipini Avropada yaşayan azərbaycanlılar arasında təbliğ etmək, onların tarixi Vətənlə əlaqələrini gücləndirmək istiqamətində işini təşkil etmək;

7.      Qərbi Avropada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının öz mədəni irsini qoruyub saxlamasına və inkişaf etdirməsinə köməklik məqsədilə, regionda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilat və cəmiyyətlərə, AR-nın müvafiq dövlət qurumları ilə birgə Komitənin yardımını təşkil etmək;

8.      Qərbi Avropada yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, daxili və xarici siyasətinin həyata keçirilməsi, Azərbaycana investisiya qoyulması işinə yaxından cəlb etmək, onların mövcud imkanlarından istifadə etmək;

9.      Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ərazisində hüquqlarını və vəzifələrini müəyyənləşdirən normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək və bununla bağlı soydaşları məlumatlandırmaq;

10.  Avropa ölkələrində yaşayan azərbaycanlıların milli, vətəndaş hüquqlarının müdafiəsini və qorunmasını təşkil etmək üçün beynəlxalq sənədlərdə təsbit olunmuş qaydada azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyatı strukturları ilə səmərəli iş mexanizminin qurulmasını, problemlərin həllinə köməklik göstərilməsi işini təşkil etmək;

11.  Səlahiyyətləri daxilində Qərbi Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının keçirdikləri tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, incəsənət ustalarının, ictimai-siyasi xadimlərin, elm və mədəniyyət nümayəndələrinin iştirakını təşkil etmək;

12.  Digər xalqların diasporunun müsbət təcrübəsi öyrənilib ümumiləşdirilərək, Qərbi Avropadakı Azərbaycan icmalarının təşkilatlanmasında, formalaşmasında və fəaliyyətlərində istifadə olunması istiqamətində müvafiq iş aparmaq;

13. Qərbi Avropada Azərbaycanla bağlı kütləvi informasiya vasitələrində əksini tapmış materiallar haqqında mütəmadi olaraq Komitə rəhbərliyinin məlumatlandırılmasını təmin etmək və işdə istifadə etmək;

14. Komitə Sədrinin və Rəhbərliyinin (Sədr müavinlərinin, aparat rəhbərinin) əmr, sərəncam və göstərişlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək. 

 

Şöbənin əsas funksiyaları:

 

1.          Müəyyən olunmuş qaydada Qərbi Avropa ölkələrinə yaşayan azərbaycanlılarla iş sahəsində Komitənin fəaliyyətinə aid olan məsələlər üzrə hüquqi-normativ aktların layihələrinin hazırlanmasında iştirak edir;

2.          Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində Komitənin iştirakını təmin etmək üçün təkliflər verir;

3.          Qərbi Avropa ölkələrində fəaliyyət göstərən təşkilat və cəmiyyətlərlə aparılan iş haqqında məlumat verir, qəbul olunmuş müvafiq qaydada şöbənin fəaliyyəti barədə hesabat hazırlayıb Komitə rəhbərliyinə təqdim edir;

4.          Qərbi Avropa ölkələrində Azərbaycan icmalarının təşkilatlanmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə yardım edir, azərbaycanlıların ayrı-ayrı dövlət strukturlarında  və beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik istiqamətində fəaliyyətinin gücləndirilməsinə köməklik göstərir;

5.          Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlıların problemləri ilə bağlı dəyirmi masalar, seminarlar və beynəlxalq konfranslar keçirilməsi istiqamətində işi təşkil edir;

6.          Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi  ilə əlaqədar, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni –mənəvi problemlərini öyrənir və həllinə dair təklifləri Komitə rəhbərliyi qarşısında irəli sürür.

7.          Azərbaycanlıların yığcam yaşadıqları Qərbi Avropa ölkələrində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilinə “Həftə sonu”  məktəblərinin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılması istiqamətində işi təşkil edir;

8.          Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan dövlətinə, onun vətəndaşlarına maddi, mənəvi və humanitar yardımının göstərilməsi və aidiyyatı üzrə istiqamətləndirilməsi işini təşkil edir;

9.          Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində xarici dövlətlərin müvafiq orqanları ilə, beynəlxalq və ictimai təşkilatlarla əməkdaşlıq edir;

10.     Müvafiq qaydalar əsasında beynəlxalq tədbirlərdə Komitənin iştirakını təmin edir;

11.     Respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə Avropa ölkələrində yaşayan azərbaycanlıların, onların təşkilatlarının iştirakına yardım edir;

12.     Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlıların müraciətləri olduğu təqdirdə, onların Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım edilməsini təşkil edir;

13.     Komitənin Əsasnaməsinə uyğun olaraq, Şöbəyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.

 

 

 

   

Şöbənin hüquqları:

 

1.      Avropa ölkələrində yaşayan azərbaycanlılarla bağlı normativ-hüquqi aktların hazırlanmasına, təkmilləşdirilməsinə dair təkliflərlə Komitə rəhbərliyinə müraciət etmək;

2.      Şöbənin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, Azərbaycan Respublikasının  xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən zəruri məlumatlar, arayışlar almaq;

3.      Şöbəyə həvalə edilmiş vəzifələrə aid məsələlər üzrə Əsasnamədə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatları ilə iş aparmaq;

4.      Səlahiyyətləri çərçivəsində Komitə tərəfindən konfranslar, müşavirələr, seminarlar, sərgilər və digər tədbirlər keçirilməsini təşkil etmək;

5.      Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komissiyaların, koordinasiya və ekspert şuralarının, işçi qruplarının işində iştirak etmək;

6.      Əsasnamədə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər hazırlanmasında iştirak etmək;

7.      Qərbi Avropa ölkələrində yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında Komitənin iştirakını təşkil etmək;

8.      Komitə tərəfindən Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli sənədlərin hazırlanmasında iştirak etmək, təkliflər vermək.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved