• Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
  • Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilibNigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib


Xəbərlər


ESKİŞEHİRDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
2011-12-14 | 15:13 |

ESKİŞEHİRDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR

 

Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyi Eskişehir Anadolu Universitetinin konfrans salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil etmişdir. Konfransda Eskişehir şəhərində çalışan azərbaycanlı təhsil işçiləri, Eskişehir Türk Ocağı Sədri, Ülkü ocaqları Türk Dünyası sədri, bir çox təşkilat mənsubları, Eskişehirde təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı və Azərbaycan Dövlət Himni səslənmişdir. Daha sonra Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən hazırlanmış olan Heydər Əliyevin SSRİ dövründə və 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Respublikaının həyatının bütün sahələrinin inkişafı üçün göstərdiyi xidmətlərdən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Eskişehir Azərbaycanlılar Dərnəyi sədrinin köməkçisi Sırac Yaquboğlu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, onun yeritdiyi siyasət sayəsində Azətrbaycanın Respublikasının beynəlxalq aləmdə qazandığı nüfuz barədə məlumat vermişdir. Konfransda çıxış edən azərbaycanlı alimlər dosent, doctor Tamilla Əliyeva və professor, doctor Ələddin Şamilov ulu öndərlə bağlı xatirələrindən, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısındsan danışdılar. 
Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Azərbaycanın ümummilli lideri Heydər Əliyevin daima böyük ehtiram və hörmətlə yad edildiyini bildirmiş, qeyd etmişdir ki, ulu öndərin bəyan etdiyi kimi, özünün azərbaycanlı olması ilə fəxr edir. O çıxışını ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyənin "bir millət-iki dövlət" kəlamı ilə tamamlamışdır.
 




2017-12-13 |
2017-12-13 |
2017-12-13 |
2017-12-12 |
2017-12-12 |
2017-12-12 |
2017-12-08 |
2017-12-08 |
2017-12-05 |
2017-12-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved