• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ YENI INTERNET SAYTI ISTIFADƏYƏ VERILIB
2009-09-18 | 15:09 |

DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ YENI INTERNET SAYTI ISTIFADƏYƏ VERILIB

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilib. Dövlət Komitəsinin 7 ilik fəaliyyətinin tam əks olunduğu portalla www.diaspora.gov.az ünvanında tanış ola bilərsiniz. Yeni saytda Azərbaycan dövləti və xalqı haqqında geniş məlumat var. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız buradan Azərbaycanın dövlət quruluşu, tarixi, coğrafiyası, iqtisadiyyatı, əhalisi, təhsil sistemi, mədəniyyəti, turizm imkanları, adət-ənənələri, mətbəxi, idman sahəsindəki uğurları və s. barədə hərtərəfli bilgi almaq imkani əldə ediblər. “Qan yaddaşımız” adlı bölmədə 31 mart Azərbaycanlıların soyqırımı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, işğal olunmuş torpaqlarımızla bağlı materiallar yerləşdirilib. Azərbaycan diasporu barədə məlumat isə ayrıca bölmədədir. Burada oxucular diasporumuzun tarixi, soydaşlarımızın məskunlaşma coğrafiyası, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə tanış ola bilərlər. Bundan başqa yeni saytda yerləşdirilmiş diaspor sahəsinə aid qanunvericilik həmvətənlərimizin bu məsələdə vahid mənbədən məlumat almalarını təkmilləşdirmək məqsədi daşıyır. Azərbaycan dövlətinin diasporumuza diqqət və qarğısı isə “Dövlət və diaspor” bölməsində geniş təqdim olunub. Saytda Dövlət Komitəsinin rəhbərliyi və strukturu haqqında məlumatla yanaşı bu qurumun yarandığı gündən indiyədək keçirdiyi bütün tədbirlər, bu tədbirlərdə qəbul olunmuş sənədlər tam və açıq şəkildə yerləşdirilib. Komitənin fəaliyyətinə dair illik hesabatlarla da www.diaspora.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bundan başqa DİDK-nin sifarişi ilə çəkilmiş filmlər, nəşr olunmuş kitablar barədə məlumat da portalın daimi istidafəçilərinin marağına səbəb olacaq. Komitənin buraxdığı “Ölkəm” jurnalı, eləcə də qurumun mətbuat xidmətinin yaydığı press-relizlər, KİV-də diaspor haqqında dərc olunmuş seçmə yazılar da saytda yer alıb. Diaspor sahəsinə aid hər gün yenilənən xəbərləri də oxucular bu saytdan ala bilərlər.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved