• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


TÜRKDİLLİ DÖVLƏTLƏRİN PARLAMENT ASSAMBLEYASININ BAKI SAMMİTİNDƏ BİR SIRA VACİB MƏSƏLƏLƏRƏ BAXILACAQ
2009-09-24 | 14:06 |

TÜRKDİLLİ DÖVLƏTLƏRİN PARLAMENT ASSAMBLEYASININ BAKI SAMMİTİNDƏ BİR SIRA VACİB MƏSƏLƏLƏRƏ BAXILACAQ

Sentyabrın 28-29-da Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TDPA) sammiti keçiriləcək. Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov AzərTAc-a demişdir ki, bu tədbirdə Assambleyanın təsisçisi olan dörd dövlətin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri səviyyəsində nümayəndə heyətləri iştirak edəcəklər. Özbəkistan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı da istisna edilmir.
Sammitdə TDPA-nın katibliyi yaradılacaq və katiblik Bakıda yerləşəcəkdir. Konkret gündəlik isə tədbirin ilk iclasında müəyyənləşəcək.
N.Cəfərov onu da qeyd etmişdir ki, TDPA-ya digər türk dövlətlərinin, daha doğrusu, Rusiyanın tərkibində olan türkdilli muxtar respublikaların, o cümlədən qaqauzların, krım tatarlarının, uyğurların parlament təmsilçilərinin cəlb edilməsi mümkündür.
Komitə sədri demişdir: TDPA təsis edilərkən bu məsələ də diqqət mərkəzində olmuşdur. Düşünmüşdük ki, onlar da bu təşkilatın tədbirlərinə dəvət olunsunlar. Hər halda, görünür, bu, yeni bir mərhələ ola bilər və olacaq. Yəni, ilk mərhələdə sırf müstəqil dövlətlər təmsil olunur, sonrakı mərhələdə isə, əlbəttə, Tatarıstan, Başqırdıstan, Yakutiya və digər türkdilli respublikalar təmsil oluna bilərlər. Çünki onların da parlamentləri, qanunvericilik orqanları mövcuddur.
N.Cəfərov türk dövlətlərinin ortaq televiziyasının yaradılması məsələsinə də aydınlıq gətirmişdir. O demişdir ki, hazırda "TRT-Avaz" o cümlədən "TRT-Türk"kanalları müəyyən işlər görürlər. Ancaq ortaq televiziya odur ki, o, mütləq bir şəkildə bütün türk xalqlarının televiziya maraqları səviyyəsində olsun və bütün türk dünyasının televiziya siyasəti kimi ortaya çıxsın. Burada da əsas yükü hələlik ən münasib olan Parlament Assambleyası öz çiyninə götürə bilər. Yəni, bu məsələyə də TDPA-nın Bakı sammitində baxıla bilər.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved