• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AAKM- də ƏCNƏBILƏRIN ALMANIYA CƏMIYYƏTINƏ INTEQRASIYASINA HƏSR OLUNMUŞ TƏDBIR KEÇIRILIB.
2009-09-24 | 17:21 |

AAKM- də ƏCNƏBILƏRIN ALMANIYA CƏMIYYƏTINƏ INTEQRASIYASINA HƏSR OLUNMUŞ TƏDBIR KEÇIRILIB.

Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində bu ölkəyə emiqrant kimi gəlmiş əcnəbilərin alman cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbir keçirilib. Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu problemin tarixi, sosial aspektlərinə nəzər salınıb, Almaniyaya köçmüş azərbaycanlı emiqrantların cəmiyyətə inteqrasiyasındakı nailiyyət və problemlərdən danışılıb. Müzakirələrdə AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova, politoloq, Bundestaqın elmi işçisi Heiko Langner, Berlin şəhərinin İntegrasiya, İş və Sosial məsələlər üzrə Senatoru xanim Dr. Haydi Knake-Werner, Berlin senatının üzvü, 2009-cu ildə keçiriləcək seçkilərdə Bundestaq üzvlüyünə namizəd, Sollar partiyasının iqtisadi-siyasi məsələləri üzrə məsul katibi Ştefan Libix və digərləri çıxış ediblər. Bildirilib ki, Almaniyada ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələrdən buraya işçi qüvvəsi axınının artması ilə əlaqədar olaraq “Əcnəbiləri qəbul edən ölkə” dövlət proqramının tətbiqinə başlanıb. Bu cür sürətli axın qarşısında alman cəmiyyətinin çoxmillətli bir topluma çevrilməsi və yeni məqsədlərin ortaya çıxması belə bir proqramın hazırlanmasını qəzruri edib. Qeyd edək ki, Almaniya əhalisinin beşdə bir hissəsini əcnəbilər təşkil edir. Lakin yerli əhali və əcnəbilərin birgə yaşaması, cəmiyyətdə eynihüquqlu təmsil olunması məsələsi uzun illər diqqətdən kənarda qalıb və emiqrantların yerli şərait və şərtlərə inteqrasiyasını ləngidib. Son zamanlarda bu sahədə ciddi elmi araşdırmalar aparılıb və belə bir nəticəyə gəlinib ki, Almaniyaya köçüb gəlmiş əcnəbilərin bir hissəsi biliklərini təkmilləşdirmək, öz ixtisasları üzrə çalışmaq baxımından cəmiyyətdən kənarda qalıblar, eyni zamanda hüquqlarından tam istifadə edə bilmir, dövlət yardımına ehtiyac duyurlar. Onlar arasında işsizlik geniş yayılıb. Hətta emiqrantların ilk nəsli alman dilinə lazımi qədər yiyələnmək problemi yaşayır. Onillərlə Almaniyada yaşamalarına baxmayaraq onların təxminən 50 %-i Almaniya vətəndaşlığı almayıb və istər aktiv,istərsə də passiv şəkildə seçkilərdə iştirak etmək hüququna malik deyillər. Buna görə də əcnəbilərin bir çoxu özünü yerli cəmiyyətdən təcrid olunmuş, məhdud çərçivəyə salınmış kimi hiss edir. Tədbirdə Almaniyada yaşayan azərbaycanlıların bir qisminin də sözügedən problemlə qarşılaşdığı barədə də geniş söhbət açılıb.

Müzakirələrdə qeyd olunub ki, Berlində eiqrantların cəmiyyətə integrasiyası siyasəti sahəsində yeni imkanlar araşdırılıb. Berlin senatı bu məsələ ilə bağlı ekspertlərin yüksək qiymətləndirdiyi yeni inteqrasiya konsepsiyası hazırlayıb və artıq onun həyata keçirilməsinə başlanıb. Bu sənədə görə əcnəbilərin bütün sahələrdə iştirakı, fəallaşması konkret və sınaqdan keçirilmiş “İnkişaf layihələri“ vasitəsilə reallaşdırılmalıdır. Skandinaviya təcrübəsinə əsaslanan layihələrə görə, inteqrativ məktəblərdə oxuyanlar bir-biri ilə daha çox vaxt keçirməli və bir-birlərindən öyrənməklə yanaşı, fərdi şəkildə də inkişaf etməlidirlər. Aztəminatlı təbəqədən, eləcə də köçkün ailələrindən olan uşaqların erkən yaşlarından sosial baxımdan təcrid olunması qısa deyil, uzun müddətli proseslə aradan götürülməlidir. Konsepsiyaya görə, həmçinin müəyyən təşkilatların maliyyələşdirdiyi iş sektoru uzun müddət işsiz olmuş əcnəbilərin qarşısında yeni imkanlar açır. Bu sektorun təklif etdiyi iş yerləri işsizlərə öz əməyi sayəsində pul qazanmasına və bütün sosial sığortaları ödəməsinə imkan verir. Bu konsepsiya ilə bağlı bütün sualları Berlin parlamentinin üzvü Stefan Liebich cavablandırıb və gələcəkdə görüləcək işlər barədə məlumat verib.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved