• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


HEYDƏR ƏLİYEV FONDUNUN RUSİYADAKI NÜMAYƏNDƏLİYİNİN TƏŞƏBBÜSÜ İLƏ 1941-1945-Cİ İL MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 65 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BİR SIRA TƏDBİRLƏR KEÇİRİLƏCƏK
2009-09-30 | 16:11 |

HEYDƏR ƏLİYEV FONDUNUN RUSİYADAKI NÜMAYƏNDƏLİYİNİN TƏŞƏBBÜSÜ İLƏ 1941-1945-Cİ İL MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 65 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BİR SIRA TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla bağlı sentyabrın 29-da baş konsul Qüdsi Osmanov Leninqrad vilayətinin Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov və onun müavini Vera Platoşina ilə görüşmüşdür. Görüşdə Qələbənin 65 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olunmuşdur. Həmçinin baş konsul 2010-cu il yanvarın 18-də (Leninqradın mühasirəsinin bitdiyi gün) Leninqrad vilayətində gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə həsr olunacaq lövhənin Kirovsk şəhərinin “Nevski pyataç” guşəsində təntənəli açılışının keçirilməsini təklif etmişdir.
Q.Osmanov 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə mayın 9-da keçiriləcək tədbirdə Kirovsk şəhərinin “Sinyavinskiye vısotı” rayonunda da digər xatirə lövhəsinin açılışını məqsədəuyğun hesab etdiyini bildirmişdir.
Leninqrad vilayətinin ərazisində vuruşmuş azərbaycanlıların siyahısı Kirovsk bələdiyyəsinin administrasiyası tərəfindən qısa müddətdə hazırlanacaqdır. Qeyd etmək lazımdır ki, xatirə lövhələri Leninqrad şəhərinin mühasirəsi zamanı qızğın döyüşlərin getdiyi yerlərdə qoyulacaqdır.
Görüşdə Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsünü dəstəkləmiş və lazımi köməyin ediləcəyini vurğulamışdır.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved