• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AZƏRBAYCANIN BÖYÜK BRİTANİYADAKI SƏFİRİ TƏDBİRDƏ ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BARƏDƏ DANIŞIB
2009-10-01 | 15:10 |

AZƏRBAYCANIN BÖYÜK BRİTANİYADAKI SƏFİRİ TƏDBİRDƏ ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BARƏDƏ DANIŞIB

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, sentyabrın 28-də Brayton şəhərində Leyborist Partiyasının illik qurultayı çərçivəsində "Cənubi Qafqazda münaqişələr və Avropanın enerji təhlükəsizliyi" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın enerji naziri Lord Hant, Baş nazirin enerji məsələləri üzrə müşaviri Malkolm Viks, parlamentin xarici əlaqələr komitəsinin sədri Mayk Geyps, Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanov, Leyborist partiyasının üzvləri, Londonda yerləşən Avropa-Azərbaycan Cəmiyyətinin təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Çıxışlarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolunun əhəmiyyəti vurğulanmış, eləcə də enerji sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında qurulmuş səmərəli əməkdaşlıq əlaqələri diqqətə çatdırılmışdır. Bununla yanaşı, bölgədə həlli uzadılan münaqişələrin mövcudluğunun regionun enerji ehtiyatlarından tam istifadəyə maneə olduğu bildirilmişdir.

Səfir F.Qurbanov çıxışında ölkəmizin enerji siyasətinə ümumi nəzər yetirmiş, həyata keçirilmiş irimiqyaslı regional layihələrin əhəmiyyətini və bunun gələcək əməkdaşlıq üçün yaxşı təməl yaratdığını qeyd etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunarkən bildirmişdir ki, münaqişənin həllinin yubadılması bölgə ölkələrinin Avropa dövlətləri ilə əməkdaşlığının genişlənməsinə əngəl yaradır.

Sonda iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved