• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


MİLLİ BİRLİK NAMİNƏ
2009-10-02 | 15:39 |

MİLLİ BİRLİK NAMİNƏ

Donetskdə, "Atlas" mehmanxanasında Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk regional təşkilatının üçüncü ildönümü münasibətilə UAK-ın geniş iclası olmuşdur. İclasda Donbasda işgüzar səfərdə olan Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev iştirak etmişdir.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndikdən sonra UAK-ın Donetsk regional təşkilatının sədri İqbal Mahmudov çıxış etmişdir. Sonra qurumun İdarə heyətinin sədri Müşviq Vəliyev bu diaspor təşkilatının gördüyü işlərdən danışmışdır.
Bildirilmişdir ki, bacarıqlı sahibkar və hüquqşünas olan İqbal Mahmudov və onun komandası diasporumuzu fəal, sağlam və möhkəm təşkilata çevirə bilmişlər. Bu, təkcə həmvətənlərimizin deyil, həm də vilayət və şəhər rəhbərlərinin rəyidir. Səfir Tələt Əliyevin, UAK-ın sədri Akif Gülməmmədovun, türkiyəli qonaq Mustafa Dəmirəlin və başqa natiqlərin çıxışlarında İqbal Mahmudovun, onun həmfikirlərinin və diasporun sıravi üzvlərinin məhz bu nailiyyətləri vurğulanmışdır. Səfir T.Əliyev Ukraynanın bütün regionlarından Donbasa toplaşmış həmvətənlərimizi milli birliyə nail olmaq və diaspor üzvlərinin sosial, hüquqi və humanitar məsələlərinin həlli üçün Donetskdə yaşayan azərbaycanlılardan nümunə götürməyə çağırmışdır.
Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna bölməsinin rəhbəri Möhlət Hüseynov, diasporun fəal üzvü Manaf İsgəndərov və başqaları iştirak etmişlər.
Elə həmin gün səfir Tələt Əliyev "King Town" Azərbaycan mətbəx-restoranının açılışında iştirak etmişdir.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved