• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


MONREALIN "ŞƏRQ-QƏRB" QƏZETİNDƏ GÖRKƏMLİ AZƏRBAYCAN ALİMİ AİDA İMANQULİYEVANIN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ DƏRC EDİLİB
2009-10-05 | 12:19 |

MONREALIN

Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, Monreal şəhərində nəşr olunan rusdilli "Şərq-Qərb" qəzetində görkəmli Azərbaycan alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş məqalə dərc edilmişdir. AzərTAc xəbər verir ki, məqalənin müəllifi Kanadanın Rusdillilər Konqresinin vitse-prezidenti Boris Perçenko qeyd edir ki, Azərbaycanda demokratik ənənələr, xüsusilə qadın hüquqlarına hörmət dərin köklərə malikdir. Bununla bağlı faktlar gətirən B.Perçenko yazır ki, Azərbaycanda qızlar üçün birinci məktəb 1901-ci ildə açılmış, qadınlar üçün ilk jurnal -"İşıq" 1911-ci ildə çap olunmuş, 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilmişdir. Bu ənənələrin hazırda da müasir Azərbaycanda davam etdirildiyi vurğulanır. Məqalədə Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Yazıda, həmçinin alimin qızı - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın öz ölkəsi üçün gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olunur. Müəllif Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə nailiyyətləri haqqında geniş söhbət açmışdır. Məqalənin sonunda, belə qadınların müsəlman ölkələri ilə bağlı gözəl nümunə olduğu vurğulanır və Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etdiyi diqqətə çatdırılır.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved