• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AKTAUDA YAŞAMIŞ TANINMIŞ SOYDAŞIMIZIN XATİRƏ GECƏSİ KEÇİRİLİB
2009-10-05 | 14:33 |

AKTAUDA YAŞAMIŞ TANINMIŞ SOYDAŞIMIZIN XATİRƏ GECƏSİ KEÇİRİLİB

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun təşəbbüsü ilə Y.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin Neft və Qaz İnstitutunda çalışmış tanınmış soydaşımız, geologiya elmləri doktoru, Ekoenergetika Akademiyasının professoru Məmməd Mirzəyevin xatirə gecəsi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr Azərbaycandan gəlmiş qonaqlar, Məmməd Mirzəyevin dostları və onu tanıyanlar, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər. Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın Aktauda fəaliyyət göstərmiş çoxsaylı tanınmış soydaşlarımızdan biri- Məmməd Mirzəyevin həyatı və fəaliyyəti haqqında məlumat vermiş, onun xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycanın Aktau şəhərindəki baş konsulu vəzifəsini icra edən Rəşad Məmmədov Məmməd Mirzəyevin Manqistau vilayətində gördüyü işlərdən danışmış, xüsusilə neft və qaz sənayesinin inkişafına verdiyi töhfələri yada salmışdır.
Daha sonra Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin prorektoru Birjan Saurbayev, Universitetin professoru, akademik Qurban Amanniyazov, bu ali məktəbin professoru, Aktaudakı “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Yusif Quliyev, Azərbaycan Dövlət Neft Akademiyasının neft və qaz buruqlarının qazması kafedrasının müdiri, texniki elmlər doktoru professor Əlinazim Məmmədtağızadə, Aktau şəhərinin fəxri vətəndaşı, soydaşımız Cəmil Həsənov, Məmməd Mirzəyevin Manqistau vilayətindəki fəaliyyəti barədə araşdırmalar aparan jurnalist Nataliya Zadereskaya Məmməd Mirzəyevin gördüyü nəcib işlərdən danışmış, Manqistau vilayətinin geologiyası, etnoqrafiyası, tarixinə dair yazdığı elmi kitabları və məqalələri barədə məlumat vermişlər. Xatirə gecəsinin sonunda Məmməd Mirzəyevin Bakıdan gəlmiş həyat yoldaşı B.Mirzəyeva çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Tədbirdə Məmməd Mirzəyevin yazdığı kitablar nümayış etdirilmişdir.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved