• Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
  • Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilibNigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib


Xəbərlər


Əskişəhərdə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçiriləcək
2013-02-21 | 15:37 |

Əskişəhərdə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçiriləcək
Fevralın 22-dən 26-dək Türkiyənin Əskişəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Tədbirləri əskişəhərlilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək və faciəni gündəmdə saxlamaq məqsədilə Əskişəhər Azərbaycanlılar Dərnəyi təşkil edəcək. 
Bu tədbirlər çərçivəsində fevralın 22-si saat 13.30-da Anadolu Universiteti Tələbə Mərkəzində əvvəlcə fotosərgi, daha sonra isə “Xocalıda nələr yaşandı?” mövzusunda konfrans keçiriləcək. 
Fevralın 24-də saat 11.00-da Hamamyolu Caddəsi Saatlı Meydanında fotosərgi açılacaq. Sərgidən sonra Əskişəhər Azərbaycanlılar Dərnəyi “Xocalıya ədalət” şüarı ilə yürüş etməyi nəzərdə tutub. Həmin gün tədbirlər Xocalı soyqırımına həsr olunmuş konfransla başa çatacaq. 
Fevralın 26-da saat 14.30-da Osmanqazi Universitetində Xocalı soyqırımına həsr olunmuş daha bir konfrans – Türkiyə-Azərbaycan Qardaşlıq Platformu keçiriləcək.




2017-12-13 |
2017-12-13 |
2017-12-13 |
2017-12-12 |
2017-12-12 |
2017-12-12 |
2017-12-08 |
2017-12-08 |
2017-12-05 |
2017-12-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved