• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


ABŞ-DA SEÇKİLƏRDƏ İLK DƏFƏDİR Kİ, AZƏRBAYCAN MƏNŞƏLİ SİYASƏTÇİ DƏ İŞTİRAK EDİR
2009-10-07 | 17:16 |

ABŞ-DA SEÇKİLƏRDƏ İLK DƏFƏDİR Kİ, AZƏRBAYCAN MƏNŞƏLİ SİYASƏTÇİ DƏ İŞTİRAK EDİR

Bir aydan sonra ABŞ seçiciləri yenidən səsvermə məntəqələrinə yollanacaqlar. AzərTAc bildirir ki, noyabrın 3-də Amerikanın bir sıra ştatlarının qubernatorları və yerli qanunverici orqanlarının nümayəndələri seçiləcəklər. Bununla yanaşı, Amerika azərbaycanlıları üçün 2009-cu seçki ili, bəlkə də, ən yaddaqalan olacaqdır. Çünki ilk dəfə olaraq bülletenlərdə soydaşımızın adı namizəd kimi çəkiləcəkdir. Virciniya ştatının Nümayəndələr Palatasına 87-ci dairədən Nəimi Əmirəl namizəddir. AzərTAc əvvəllər Nəimi Əmirəl barədə ilk Azərbaycan mənşəli amerikalı hərbçi kimi Vaşinqtonda siyasi xadimlərlə görüşərək, onları Vətəni haqqında məlumatlandırmaq səyləri barədə yazmışdır. Hər dəfə söhbət etdikdə Nəimi diaspor üzvlərimizin siyasi fəallığının artırılması zəruriliyindən danışardı. Son göstəricilərə görə, demokrat rəqibi ilə müqayisədə Nəimi Əmirəl seçkiqabağı sorğularda bir qədər irəlidədir. Onun namizədliyini Virciniya ştatının bəzi ictimai təşkilatları, eləcə də Virciniyanın Nümayəndələr Palatasının sədri Uilyam Hauel dəstəkləmişdir. Spiker Uilyamın bununla bağlı verdiyi bəyanatda deyilir ki, Əmirəl ilk Azərbaycan mənşəli namizəd kimi özündə təcrübə, yüksək təhsil və təbii liderlik cəhətlərini birləşdirir. Bu isə, ona seçkilərdə qalib gələcəyi təqdirdə Virciniya ştatının paytaxtı Riçmondda ictimaiyyəti narahat edən bir sıra mühüm məsələlər üzrə real dəyişikliklərin əldə edilməsinə imkan yaradacaqdır. Nüfuzlu “Vaşinqton Post” qəzeti də 2009-cu ilin seçkilərini işıqlandırarkən Nəimi Əmirəlin Azərbaycan köklərini xüsusi qeyd etmişdir. Azərbaycan mənşəli namizədin seçkilərdə iştirakı ölkənin Azərbaycan və türk icmalarını canlandırmışdır. Nəiminin seçkiqabağı kampaniyasında ABŞ azərbaycanlıları və ABŞ türkləri şəbəkələri də fəal iştirak edirlər. Azərbaycanlı namizəd seçkiqabağı kampaniyasının gedişi barədə AzərTAc-ın müxbirinə müsahibə vermişdir:
- Hərbçi karyeranızı kənara qoyub siyasətə qoşulmaq qərarı nə ilə bağlıdır?
- Virciniyanın 87-ci seçki dairəsi mənim yaşadığım yerdir. Bir çox veteran və hərbi xidmətdə olan həmkarlarım burada yaşayırlar. ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı kimi məni dairəmdə yaşayan insanları narahat edən bəzi məsələlər qayğılandırır. İcmamıza bu insanların mövqeyini səsləndirəcək, onları birləşdirəcək, nizamlı şəkildə, usanmadan yerli iqtisadiyyat, təhsil və nəqliyyat sistemlərini yaxşılaşdırmaq üçün çalışacaq lider lazımdır. Hərbçi kimi xidmət etdiyim illər bu xüsusiyyətləri məndə möhkəmlətmişdir.
- Seçkiqabağı kampaniyanızda hansı məsələlərə üstünlük verirsiniz?
- Bu gün dairəmizin seçicilərini maraqlandıran ən aktual məsələlər iqtisadi böhrandan çıxmaq və iş yerlərini artırmaqdır. Qeyd etdiyim kimi, təhsil və nəqliyyat da olduqca vacibdir. Burada yaşayan hərbçi icması arasında veteranlar çoxdur. Onlar hökumət tərəfindən onlara qayğının artırılmasına, pensiyaçıların ehtiyaclarının ödənilməsinə daha çox fikir verilməsini istəyirlər.
- Demokrat rəqibinizə nisbətən üstünlükləriniz hansılardır?
- Mənə elə gəlir ki, aramızda olan ən əsas fərq priroritetlərdir. Rəqibimin mühüm saydığı məsələlər bu gün dairə seçicilərinin ehtiyaclarını əks etdirmir. O, seçicilərdən uzaq düşmüşdür. Mənim seçkiqabağı kampaniyam isə bilavasitə seçicilərin istəkələri üzərində qurulmuşdur. Hərbçi, təhsilcə iqtisadçı və kiçik sahibkar kimi mən, qonşularımın qarşılaşdığı gündəlik çətinlikləri daha yaxşı anlayıram. Mənim prioritetlərim insanların prioritetlərini əks etdirir.
- Demokratlar hazırda Ağ Ev və Konqresdə üstünlük təşkil edirlər. Mənsub olduğunuz Respublikaçılar Partiyasının qələbəsinə nə qədər inanırsınız?
- Əsası Abraham Linkoln tərəfindən qoyulan Respublikaçılar Partiyasının prinsiplərinə mənim güclü inamım vardır. Lakin, bu da həqiqətdir ki, ikipartiyalı siyasətin hökm sürdüyü cəmiyyətdə insanlar həmişə dəyişikliyə ehtiyac duyurlar. Son səkkiz ildə respublikaçıların hakimiyyətdə olduğu müddətdən sonra xalq dəyişiklik istədi. Amma son zamanlar insanlar başa düşürlər ki, demokratların söz verdiyi dəyişikliklərin hamısı ölkə maraqlarında deyil. Mən inanıram ki, builki seçkilər yeni siyasi meylin başlanğıcını qoyacaqdır.
- Amerikanın Azərbaycan icması seçkilərdə iştirakınızı necə qəbul etdi? Onlardan dəstək alırsınızmı?
- Amerika azərbaycanlıları öz soydaşlarının ilk dəfə ABŞ-da qanunverici orqana partiya namizədi kimi irəli sürülməsindən çox ruhlanmışlar. Onlar mənim seçki kampaniyamda yaxından iştirak edir və əllərindən gələni əsirgəmirlər. Bununla yanaşı, qeyd edim ki, Azərbaycan icması siyasətdə hələ təzədir. Lazımi təcrübənin toplanması üçün hələ vaxt lazımdır.
- Soydaşlarımızın ABŞ-da siyasi fəallığı getdikcə artmaqdadır. Onlar Amerikanın ictimai-siyasi həyatında seçici kimi qalmalı, yoxsa namizəd kimi də özlərini sınamalıdırlar?
- Seçkidə səs vermək hər bir adamın vətəndaşlıq borcudur. Seçkilərdə namizdəliyin irəli sürülməsi isə icmanın və ölkənin həyatına bağlılıqdan, xalqın maraqlarını davamlı olaraq işləyərək təmsil etmək istəyindən gəlməlidir. Amerika azərbaycanlıları ABŞ-ın siyasi həyatında fəal iştirak etmək üçün böyük potensiala malikdirlər.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved