• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AZƏRBAYCAN AÇIQ VƏ TOLERANT CƏMİYYƏTDİR
2009-10-08 | 15:42 |

AZƏRBAYCAN AÇIQ VƏ TOLERANT CƏMİYYƏTDİR

Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş konsulluğunun əməkdaşları Kaliforniya ştatının Oranc dairəsində Azərbaycanın təqdimat mərasimini keçirmişlər. AzərTAc-ın məlumatına görə, Santa Ana şəhərində dairə rəhbərləri şurasının iclasında şuranın sədri Patrisiya Beyts azərbaycanlı diplomatlara rəsmi təbrik proklamasiyası təqdim etmişdir. Baş konsul Elin Süleymanov Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın müsbət dinamikası barədə söhbət açmışdır. Dairə rəhbərliyi adından Azərbaycan nümayəndələrinin şərəfinə qəbul təşkil edilmişdir.
Baş konsul Elin Süleymanov və konsul Elman Abdullayev səfər müddətində dairənin şerifi Sandra Hatçens ilə də görüşmüş, Ervayn şəhərində Kaliforniya Universitetinin siyasi elmlər fakültəsinin tələbə və müəllim heyəti üçün seminar keçirmişlər. Seminarda Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər regionunun rolu, regionda vətəndaş cəmiyyətinin inkişafının dinamikası, habelə açıq və tolerant cəmiyyət nümunəsi olan Azərbaycanın sivilizasiyalar arasında dialoqa töhfəsi məsələləri müzakirə edilmişdir.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved