• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ VƏ CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR MÖVZUSU GENİŞ MÜZAKİRƏ OLUNUB
2009-10-08 | 15:50 |

AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ VƏ CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR MÖVZUSU GENİŞ MÜZAKİRƏ OLUNUB

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 6-da Mançester şəhərində Mühafizəkar Partiyasının illik qurultayı çərçivəsində Avropa-Azərbaycan Cəmiyyəti və "The House Magazine" jurnalının birgə təşkilatçılığı ilə "Avropanın enerji təhlükəsizliyi: Cənubi Qafqazda münaqişələr" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə səfir Fəxrəddin Qurbanov, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, Chatham House tədqiqat mərkəzinin proqram direktoru Ceyms Niksey, Avropa Parlamentinin üzvü Sayyad Karim, Britaniya parlamentinin deputatı Mark Pritçard, Mühafizəkar Partiyanın fəalları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov rəhbəri olduğu təşkilat haqqında məlumat vermiş və qurumun həyata keçirdiyi tədbirlər haqda ətraflı danışmışdır. O, həmçinin mövzunun aktuallığına diqqəti yönəltmiş və ölkəmizin dünya enerji siyasətində rolu ilə bağlı fikirlərini bölüşmüşdür.
Səfir F.Qurbanov ölkəmizin iştirakı ilə həyata keçirilmiş regional əhəmiyyətli enerji layihələri haqqında iştirakçılara məlumat vermişdir. Diplomat vurğulamışdır ki, Azərbaycan gələcəkdə də Avropanın enerji bazarında öz çəkisini artırmaq əzmindədir. Səfir bölgədə mövcud olan həlli yubadılmış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş və problemin sülh yolu ilə həllinin regionda daimi sabitlik və rifahın bərqərar olunmasına gətirib çıxaracağını vurğulamışdır. F.Qurbanov təhlükəsiz enerji nəqlinin regionda sabitliyin bərqərar olunması amilindən birbaşa asılı olduğunu nəzərə çatdırmışdır.
Digər çıxış edənlər Avropanın yaxın gələcək üçün enerji təminatı ilə bağlı vəziyyətinə nəzər yetirmiş və Xəzər hövzəsinin, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artdığını vurğulamışlar.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved