• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AZƏRBAYCANIN İTALİYADAKI SƏFİRLİYİ ÖLKƏMİZİN İQTİSADİYYATINA HƏSR OLUNMUŞ TƏQDİMAT KEÇİRİB
2009-10-08 | 15:52 |

AZƏRBAYCANIN İTALİYADAKI SƏFİRLİYİ ÖLKƏMİZİN İQTİSADİYYATINA HƏSR OLUNMUŞ TƏQDİMAT KEÇİRİB

AzərTAc xəbər verir ki, oktyabrın 6-da Azərbaycanın İtaliyadakı səfirliyi Venesiya şəhərində ölkənin Veneto regionunun Ticarət Palatasının Xarici Ticarət Mərkəzində Azərbaycan iqtisadiyyatına həsr olunmuş təqdimat keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə 20-dən çox İtaliya şirkəti, İtaliya Sənayeçilərinin Ümumi Konfederasiyası, İtaliya Milli Xarici Ticarət İnstitutu, Ticarət, Sənaye, Kənd Təsərrüfatı, Sənətkarlıq Palatalarının Birliyi və digər iqtisadi qurumların rəsmiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan səfir Emil Kərimov Azərbaycanda uğurla aparılan iqtisadi siyasət, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə qoyulan sərmayələr və qeydə alınan inkişaf göstəriciləri, habelə Azərbaycan ilə İtaliya arasında mövcud iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə danışmışdır.
Səfir ölkəmizin iqtisadi və sosial inkişafının əsasının Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Sonra qısametrajlı “Welcome to Azerbaijan” filmi nümayiş etdirilmişdir. Səfirliyin üçüncü katibi M.Zülfüqarov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə həsr olunmuş təqdimatla çıxış etmişdir. O, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi üçün mövcud əlverişli işgüzar mühit, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər, həmçinin İKT, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və maliyyə-bank sahələrində aparılmış islahatlar və əməkdaşlıq perspektivləri haqqında məlumat vermişdir. Bununla yanaşı, M.Zülfüqarov Azərbaycanın iqtisadi inkişaf tempinə görə regiondakı lider mövqeyi, region ölkələri ilə müqayisəli təsviri, həmçinin son illərdə qeyri-neft sektoru sahələrində əldə edilmiş nailiyyətlər barədə danışmışdır.
Təqdimatın sonunda M.Zülfüqarov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.
Tədbirdə həmçinin səfirlik tərəfindən italyan dilində nəşr edilmiş “Benvenuti a Baku” kitabçası və digər təbliğat materialları iştirakçılara paylanmışdır.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved