• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


ESTONİYADA "ESTON MƏKTƏBLƏRINDƏ XALQLAR HƏFTƏSI" LAYIHƏSI BAŞLANIB
2009-10-09 | 11:29 |

ESTONİYADA

Estoniya Təhsil Nazirliyinin həyata kecirdiyi "Eston məktəblərində xalqlar həftəsi" layihəsinə start verilib. Layihə eston məktəblilərini Estoniyada yaşayan milli azlıqlar və azsaylı xalqlarla tanış etmək məqsədi daşıyır.  Bu ölkədə fəaliyyət göstərən həftə sonu məktəblərinin iştirakı ilə həyata keçirilən layihənin ideyasını dəstəkləyənlər arasında Azərbaycan bazar günü məktəbindən başqa rus, Ukrayna, Dağıstan və digər xalqların həftə sonu məktəbləri də var. Layihədə milli azlıqlar və azsaylı xalqlara özlərini təqdim etməkdə sərbəstlik verilib.

 "Azərbaycan günü"nun ilk tədbiri Tallindəki Köhnə şəhər Gimnaziyasında keçirilib. Tədbirin ideya müəllifi və təşkilatçısı Estoniyadakı Azərbaycan Həftə sonu məktəbinin rəhbəri Sərvinaz Kərimova olub. "Azərbaycan - odlar yurdu!" devizi altında keçirilən tədbir böyük maraq doğurub. Tamaşaçıların ümumi rəyinə görə "Azərbaycan günü" layihənin ən rəğbət qazanan hissəsi sayılıb. Gimnaziyanın kollektivi və tədbirə dəvət olunmuş qonaqlar bir gün ərzində məktəbin müxtəlif məkanlarında "Azərbaycan"la qarşılaşıblar. Böyuk sərgi zalında Azərbaycanın qədim sakinlərindən başlayaraq bu gününə kimi hər bir sahəni əhatə edən foto sərgidə milli geyimlərimiz, Azərbaycan xalçaları, musiqi alətlərimiz və digər eksponatlar da nümayiş etdirilib. Konfrans zalında isə Azərbaycan dilində hazırlanmış "Bakı–qədim odun sirri" sənədli filmi eston dilində qaçan sətirlərlə göstərilib. Başqa bir zalda Azərbaycan milli rəqsi nümunələrin təqdim olunub, burada iştirakçılara milli rəqsimizin əsas elementləri öyrədilib və onların ifasinda Azərbaycan milli rəqslərindən parçalar ifa edilib. Məktəbin böyuk yemək zalında isə Azərbaycan milli mətbəxi haqqında bilgi verilib və yarpaq dolmasinin hazirlanması qaydası əyani nümayiş etdirilib. Tədbir iştirakçılarına da dolma bükməyi sınamaq imkanı verilib.

Tədbirin sonunda Azərbaycan mətbəxinin nümunələrindən ibarət  yemək süfrəsi təqdim olunub.

Bu layihə ilin sonuna qədər hər həftə Tallinin müxtəlif məktəblərində davam etdiriləcək.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved