• Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşüb


Xəbərlər


DONETSKDƏ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN REGİONAL MÜŞAVİRƏSİ KEÇİRİLİB
2009-10-14 | 12:33 |

DONETSKDƏ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN REGİONAL MÜŞAVİRƏSİ KEÇİRİLİB

Donetsk şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) regional müşavirəsi keçirilmişdir. AzərTAc bildirir ki, müşavirədə Ukraynadakı Azərbaycan diasporunun qarşısında duran vəzifələr və həyata keçiriləcək tədbirlər planı müzakirə edilmişdir. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev müşavirədə çıxış edərək demişdir ki, dünya azərbaycanlılarının bir məfkurə altında birləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin xaricdə yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini bildirən səfir, Azərbaycan diasporunun daha da inkişafı üçün qarşıda duran vəzifələrdən də danışmışdır.

 UAK-ın sədri Akif Gülməmmədov isə konqresin yaradılmasının 10 illiyi ilə əlaqədar Ukraynada diasporumuzun inkişaf tarixini özündə əks etdirən "dəyirmi masa"ların keçiriləcəyini bildirmişdir. Müşavirədə Dnepropetrovsk və Donetsk Azərbaycanlıları konqresləri iki ölkə arasındakı dostluq əlaqələrinin uğurla davam etdirilməsində prezidentlər İlham Əliyev və Viktor Yuşşenkonun səmərəli fəaliyyətindən danışmışlar. Son dövrlərdə iki ölkə arasında mal dövriyyəsi həcminin bir milyard dollara çatması qarşılıqlı münasibətlərin əyani göstəricisi kimi səciyyələndirilmişdir. Müşavirədə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup soydaşımıza Ukrayna Azərbaycanlıları Konqresinin fəxri diplomları təqdim olunmuşdur.





2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved