• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ BƏYANAT YAYIB
2009-10-14 | 14:05 |

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ BƏYANAT YAYIB

“Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə 1993-cü ildə Ermənistan ilə sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq bağlamışdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, etnik təmizlənməyə məruz qalmış 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş və işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsi məhv edilmişdir. Bu müddət ərzində BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, ATƏT, AŞPA, İKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamələrə və sənədlərə Ermənistan məhəl qoymamış və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində heç bir irəliləyiş əldə olunmamışdır. Azərbaycan tərəfi məsələ ilə bağlı Türkiyə Respublikasının yüksək rəsmilərinin, həmçinin Baş nazir cənab Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının Milli Məclisində “Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlamışdır. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz”, habelə 2009-cu il sentyabrın 17-də Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində “Azərbaycan-Ermənistan arasındakı sıxıntılar aşılmadığı müddətdə biz qapıları aça bilmərik… Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün deyil” kimi səsləndirdiyi fikirlərə əsaslanır.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved