• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


BURSA ŞƏHƏRİNİN YILDIRIM RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLUB
2009-10-14 | 14:33 |

BURSA ŞƏHƏRİNİN YILDIRIM RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLUB

AzərTAc bildirir ki, Türkiyənin Bursa şəhərindəki Yıldırım rayonunda Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin büstünün açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, Bursa ilə qardaşlaşmış Xırdalan şəhəri İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Yıldırım rayonunun bələdiyyə sədri Özgən Kəskin ulu öndərin Azərbaycan və türk dünyası qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs etmişlər.

Vurğulanmışdır ki, türkdilli ölkələrin birlik və bərabərliyi yolunda misilsiz xidmətləri olan Heydər Əliyev, “bir millət, iki dövlət” adlandırdığı qardaş Azərbaycan və Türkiyə xalqlarının xoşbəxt gələcəyi və rifahı naminə də nəhəng işlər görmüşdür. Ulu öndərin gərgin səyləri ilə ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dünyamiqyaslı enerji layihələri Azərbaycanın və Türkiyənin dünyadakı mövqeyini daha da möhkəmləndirdi. Təsadüfi deyil ki, Türkiyə və bütün türk dünyasının liderləri bu dahi şəxsiyyəti öz ağsaqqalı kimi qəbul edirdi. Onun bu siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bursanın Yıldırım rayonunun bələdiyyə sədri Özgən Kəskin bildirmişdir ki, burada salınan parkda yaxın gələcəkdə akademik Zərifə xanım Əliyevanın da xatirəsi əbədiləşdiriləcəkdir.





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved