• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


KİYEVDƏ ARDNŞ-İN UKRAYNADAKI NÜMAYƏNDƏLİYİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ OLUB
2009-10-14 | 14:59 |

KİYEVDƏ ARDNŞ-İN UKRAYNADAKI NÜMAYƏNDƏLİYİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ OLUB

Kiyev, Boqdan Xmelnitski küçəsi, 56. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Şərqi Avropanın ən iri ölkəsi olan Ukraynadakı nümayəndəliyi oktyabrın 12-də Ukrayna paytaxtının nüfuzlu rayonlarının birində həmin ünvanda "qeydiyyata alınmışdır".
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rəmzi açılışı bildirən lenti kəsəndən sonra mərasimin çoxsaylı iştirakçıları ən yüksək Avropa standartları səviyyəsində inşa edilmiş rahat ofislə tanış olmuşlar.

Sonra keçirilən mətbuat konfransında Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin dühasından yaranmış və Prezident İlham Əliyevin mükəmməl şəkildə həyata keçirdiyi neft strategiyası, respublikada neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələr, Azərbaycanın öz karbohidrogen xammalının satışını şaxələndirməsi, ölkəmizin Ukraynaya marağı və başqa məsələlər barədə məlumat vermişdir. Axırda ARDNŞ prezidenti jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.

Nümayəndəliyin ofisinin açılışı mərasimində Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev, Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, Ukrayna Prezidentinin energetika məsələləri üzrə müşaviri Boqdan Sokolovski, Ukraynanın və dünyanın ən iri beynəlxalq neft şirkətlərinin nümayəndələri və başqaları iştirak etmişdir.
Ukraynada ARDNŞ-in nümayəndəliyinin açılması münasibətilə bu gün axşam Kiyevdəki "Hyatt" otelində təntənəli qəbul təşkil ediləcəkdir.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved