Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub
Xəbərlər
AVROPA AZƏRBAYCANLILARI KONQRESI TÜRKIYƏ ILƏ ERMƏNISTAN ARASINDA IMZALANAN PROTOKOLLARA ETIRAZINI BILDIRIR 2009-10-16 | 11:53 |
Avropa Azərbaycanlıları Konqresi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirir. Konqresin prezidenti Başar Kömürün imzası ilə Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan bəyanatda deyilir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən, ev-eşiyindən didərgin düşmün 1 milyon azərbaycanlı doğma ata-baba yurduna dönmədən, on minlərlə şəhidin qanı yerdə qaldığı halda Türkiyə ilə Ermənistan arasında atılacaq hər hansı barış addımı yalnız və yalnız zalıma cəsarət verə bilər.Hər şeydən əvvəl Azərbaycanın haqq səsi eşidilməlidir. "Qafqazda sülh və əminamanlığın bərqərar olması bizim də arzumuzdur. Lakin sülh hüquq və ədalətə əsaslanmalıdır. Beynəlxalq hüquq ayaq altına atılmamalıdır" deyən Başar Kömür Avropa Azərbaycanlıları Konqresi adından bəyan edir ki, torpaqlarının 20 %-nin işğal altında olması yalnız Azərbaycanın problemi deyil, "mən Türkəm, mən Müsəlmanam, mən İnsanam” deyən hər kəsin problemi olmalıdır. "Azərbaycan dövlətinin haqlı mübarizəsini müdafiə etmək hər bir halda Azərbaycan diasporunun və Avropa Azərbaycanlıları Konqresinin namus borcudur”. Sitat Avropa Azərbaycanlıları Konqresinın bəyanatındandır.