• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KANADADA "İLİN ADAMI" SEÇİLİB
2009-10-16 | 17:36 |

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KANADADA

AzərTAc bildirir ki, bu yaxınlarda Torontoda Kanadanın türkdilli diasporlarının forumu keçirilmişdir. Gürcüstan, Latviya, Litva və Estoniya diasporları nümayəndələrinin, habelə Beynəlxalq Niaqara Musiqi Festivalı rəhbərlərinin də iştirak etdikləri forumda Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə "İlin adamı" seçilmişdir.

Azərbaycan dövlətinin başçısı bu ada Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən XXI əsrin görkəmli siyasi xadimi kimi layiq görülmüşdür. AzərTAc-a bu məlumatı Şimali Amerikanın bu ölkəsində “Sivilizasiyaların dünya iris” devizi altında fəaliyyət göstərən Beynəlxalq Heydər Əliyev Mərkəzinin mətbuat xidmətinin rəhbəri ldar Malik-Abbas göndərmişdir.

Forum iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətində onun çoxmilyonlu türk dünyasında şəksiz lider olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri vurğulanır.
Müraciətdə deyilir: "Siz Azərbaycanın qarşısında duran ən ümdə problemləri həll etmək, müasir dövrün aktual geosiyasi məsələləri müzakirə edilərkən müsbət nəticələr əldə edilməsinə kömək göstərmək, siyasi, iqtisadi və mədəni baxımdan optimal həll variantlarını operativ tapmaq bacarığınız sayəsində zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri sırasına çıxmısınız…"
Kanada forumunun iştirakçıları Azərbaycan Respublikasının rəhbərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gözəl ənənələrinin geniş yayılmasına yönəlmiş səmərəli fəaliyyətini vurğulayaraq xüsusi qeyd etmişlər ki, məhz bu fəaliyyət sayəsində Azərbaycan, onun paytaxtı – İslam dünyasının mədəni paytaxtı seçilmiş Bakı Şərqdə Qərb mədəniyyətinin çiçəklənən bölgəsi, Qərbdə isə qədim Şərq sivilizasiyasına xas olan ən yüksək mənəvi və mədəni dəyərlərin mərkəzi hesab edilir.

 Müraciətdə daha sonra deyilir: "Dünyada Sizi tarixi "İpək Yolu" qlobal layihəsinin əsas memarlarından və ideya-siyasi baxımdan bu layihəni həyata keçirənlərdən biri hesab edirlər. Bu layihənin nəcib ideyaları Yer üzündə tərəqqi və sülh naminə sivilizasiyaların hərtərəfli inteqrasiyasına, mədəni sintezə, mənəvi cəhətdən qarşılıqlı zənginləşməyə, qarşılıqlı iqtisadi əlaqələrə xidmət edir…"

Kanadanın türkdilli diasporlarının forumunda çıxış edən nümayəndələr Azərbaycan Prezidentinin mükəmməl savada, nadir erudisiyaya malik olmasını da qeyd edərək vurğulamışlar ki, bu keyfiyyətlər onun ən müxtəlif beynəlxalq tribunalardan ən müxtəlif auditoriya qarşısında nitq söyləməsinə, ölkəmiz üçün mühüm mədəni və iqtisadi layihələrə diqqəti cəlb etməsinə, hamıda həmin layihələrə maraq hissi oyatmasına kömək edir.

Kanadadakı türkdilli diasporların forumunun iştirakçıları bütün bunları rəhbər tutaraq, Azərbaycan Prezidenti İlham Əliyevi yekdilliklə "İlin adamı" seçmişlər.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved