• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


DİASPOR TƏŞKİLATLARINDAN TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA İMZALANAN PROTOKOLLARA DAİR ETİRAZLAR GƏLMƏKDƏ DAVAM EDİR
2009-10-19 | 12:13 |

DİASPOR TƏŞKİLATLARINDAN TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA İMZALANAN PROTOKOLLARA DAİR ETİRAZLAR GƏLMƏKDƏ DAVAM EDİR

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların imzalanmasına dair etirazlar gəlməkdə davam edir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan bəyanatda deyilir ki, İsveçrədə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması Azərbaycan ictimaiyyəti kimi, xaricdə yaşayan soydaşlarımızın da narahatlığına səbəb olub. Mövcud vəziyyətdə və şəraitdə Türkiyə ilə Ermənistan arasında barışıq münasibətlərinin bərqərar olması Azərbaycan dövlətinin maraqlarına ziddir. Sənəddə bildirilir: "Ermənistan tarixən Azərbaycan və Türkiyə ərazilərinə iddiada olub və 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüzə başlayıb. Müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal edilib və 1 milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb. Bu müharibədə şəhid olmuş və itkin düşmüş həmvətənlərimizin dəqiq sayı indiyə qədər bilinmir. 1993-cü ildə Türkiyə buna etiraz olaraq Ermənistanla sərhədlərini bağlayıb və rəsmi dairələrdə, beynəlxalq tribunalarda dəfələrlə Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə Ermənistanla heç bir əlaqə yaradılmayacağını bildirib". Bəyanatda daha sonra qeyd olunur: "Ötən illər ərzində dünya ictimaiyyətinin, müxtəlif beynəlxalq qurumların Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə çağırışlarına, məcburi köçkünlərin öz tarixi Vətənlərinə qaytarılması barədə qərar və qətnamələrə Ermənistan məhəl qoymayıb, öz işğalçı siyasətindən dönməyib. Türkiyə və Ermənistan arasında sərhədlərin tezliklə açılması ehtimalı, bununla da işğal edilmiş Azərbaycan torpaqlarının müqəddəratının həll məsələsinin təhlükə altına qoyulması bizi - Almaniyada yaşayan azərbaycanlıları laqeyd qoya bilməz". AAKM Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə türk-erməni sərhədlərinin açılmasını indiki vəziyyətdə regionda sülhün bərqərar olmasına deyil, əksinə durumun gərginləşməsinə, xalq və ictimaiyyət arasında narahatlığa gətirib çıxardacağına əmindir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birlikdə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Azərbaycan Evi, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyası, Alman-Azərbaycan Akademiklər Birliyi, Köln Vahid Azərbaycan Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti, Mayns Azərbaycan Cəmiyyəti, Drezden Alman-Azərbaycan Cəmiyyəti, Alman-Azərbaycan Mərkəzi, Hamburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Alman-Azərbaycan Mədəniyyət Dostları Cəmiyyəti və Almaniyadakı digər qurumlar da Türkiyə və Ermənistan arasında imzalanan barış protokollarına öz etiraz səslərini ucaldır və Türkiyə dövlətinə, siyasətçilərinə, kütləvi informasiya vasitələrinə, elm və incəsənət xadimlərinə, Almaniyadakı türk diasporuna, qardaş türk xalqına müraciət edərək onları da Ermənistanla sərhədlərin açılmasına qarşı etiraz səslərini qaldırmağa çağırır.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM)  isə bəyan edir ki, oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında imzalanan münasibətlərin qaydaya salınmasına dair iki protokol vətənpərvər azərbaycanlilar olaraq Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin bütün üzvlərini dərindən narahat edir. “Belə bir addımın atılması və Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyənin Ermənistanla sərhədlərini açması hər birimizin bu günədək gördüyümüz işlərin, türk və Azərbaycan diasporunun birgə fəaliyyətinin, həmçinin Türkiyə ilə olan qardaş əlaqələrimizin üzərindən xətt çəkir. "Bu addımı qətiyyətlə pisləyərək Türkiyə hökümətinə öz narazılığımızı bildiririk.".  İsveçrədəki azərbaycanlıların bəyanatı bu fikirlərlə bitir. 

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaları və türk diasporu da bu imzalanmaya və onun qarşıda gözlənilən mərhələlərinə birmənalı yanaşmırlar. Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Türk Məzunlar Dərnəyi (Türk-UNİD) Türkiyənin prezidentinə, baş nazirinə, parlamentinə, eləcə də AKP (ADALET ve KALKINMA PARTİSİ), MHP (MİLLİYETÇİ HAREKET PARTİSİ), CHP (CUMHURİYET HALK PARTİSİ), DSP (DEMOKRATİK SOL PARTİSİ) partiyalarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Türkiyənin Ermənistanla imzaladığı iki protokol və onların TBMM-də təsdiqlənəcəyi barədə bilgilər xaricdə yaşayan Türkiyə vətəndaşları arasında da narahatlıq yaradıb. "Türk-UNİD"in fikrincə, protokolların ratifikasiya edilməsi və sərhədlərin açılması erməniləri uzun illər Türkiyəyə qarşı irəli sürdüyü qondarma "soyqırım" iddialarından çəkindirməyəcək. "Əgər Ermənistan xarici ilər naziri E.Nalbandyan "protokolların imzalanması ilə Qarabağ məsələsinin bitdiyini“ bəyan edirsə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyəcəyi açıqca anlaşılır" deyən müraciət müəllifləri bildirirlər ki, qardaş Azərbaycan Respublikasının işğal edilmiş əraziləri boşaldılmadan, Dağlıq Qarabağ münaqişəsi çözülmədən Türkiyənin Ermənistana doğru atdığı hər hansı barış addımı Azərbaycan dövlətinin illərlə göstərdiyi sülh cəhdlərini böşa cıxardacaq və yurd-yuvasını, doğma torpaqlarını itirmiş 1 milyon azərbaycanlının yaşadığı əziyyətləri ortadan qaldırmayacaq.  





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved