• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ NYU-YORKDA AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI QALDIRILIB
2009-10-19 | 12:21 |

MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ NYU-YORKDA AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI QALDIRILIB

AzərTAc bildirir ki, oktyabrın 17-də Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) ölkəmizin müstəqilliyinin 18-ci ildönümünün qeyd edilməsi məqsədilə Nyu-York şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması mərasimini keçirmişdir. ABŞ və Azərbaycan dövlət himnləri səsləndirilmiş və hər iki ölkənin bayraqları məşhur Uol Strit küçəsində birlikdə dalğalandırılmışdır. Mərasimə AAC-nin prezidenti Tomris Azəri, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulunun müavini Başar Şən, Nyu-York və Nyu-Cersi ştatında yaşayan soydaşlarımız, Amerikanın türkdilli və yəhudi icmalarının nümayəndələri, eləcə də ölkəmizin dostları qatılmışdılar. Aqşin Mehdiyev bayram tədbirində Azərbaycanın 18 illik müstəqillik dövründə inkişaf tarixinə nəzər salmış, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, eləcə də regional qüvvəyə çevrilməsindən danışmışdır. O, Amerikada yaşayan Azərbaycan diasporunun müstəqil respublikamızın uğurlarında özünəməxsus payı olduğunu qeyd etmişdir. Qeyd edək ki, ilk dəfə 2004-cü ildə keçirilən bu mərasimin artıq ənənə halını alıb. Azərbaycanın Dövlət Müstəqilliyi günündə Manhettenin mərkəzi Uol Strit küçəsində ölkəmizin bayrağını ABŞ bayrağı ilə birgə dalğalandıran soydaşlarımız bunu iki xalq arasında dostluq əlaqələri və birgə dəyərlərin paylaşmasının rəmzi hesab edirlər. Bayram mərasimi Nyu-Yorkda fəaliyyət göstərən “Qafqaz” Gənclər Mərkəzinin üzvlərinin ifasında Azərbaycan milli rəqsləri ilə basa çatmışdır.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved