• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


KÜVEYT DÖVLƏTİNİN APARICI İNGİLİSDİLLİ QƏZETLƏRİNDƏ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ GENİŞ MƏQALƏ DƏRC EDİLİB
2009-10-19 | 12:28 |

KÜVEYT DÖVLƏTİNİN APARICI İNGİLİSDİLLİ QƏZETLƏRİNDƏ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ GENİŞ MƏQALƏ DƏRC EDİLİB

AzərTAc-n xəbərinə görə, Azərbaycanın Küveyt dövlətindəki səfirliyindən bildirmişlər ki, Körfəz regionu və Yaxın Şərqin aparıcı gündəlik ingilisdilli qəzetləri olan "Arab Times" və "Kuwait Times" qəzetlərində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səfir Şahin Abdullayevin geniş məqaləsi dərc edilmişdir. "Azərbaycanın milli müstəqilliyi: Milli dirçəliş və inkişafda ümummilli lider Heydər Əliyevin oynadığı həyati əhəmiyyətli rol" başlığı altında qəzetlərdə dərc olunan məqalədə səfir Ş.Abdullayev 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi və milli müstəqillik haqqında 1991-ci il dekabrın 29-da keçirilmiş referendum barədə oxuculara məlumat verərək, Azərbaycan xalqının yekdilliklə milli müstəqilliyə səs verdiyini vurğulamışdır.
Məqalədə Azərbaycan Respublikasının 1918-1920-ci illərarası cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olaraq, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası və milli quruculuq işləri haqqında məlumat verən səfir, Azərbaycanın 1992-ci il martın 2-də BMT-yə və 1992-ci il iyulun 8-də ATƏM-ə (hazırda ATƏT) üzv qəbul edildiyini diqqətə çəkmişdir. Habelə, tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə əlaqələrin bərpa edildiyi və Azərbaycanın 1991-ci ildə İslam Konfransı Təşkilatına üzv qəbul olunduğu vurğulanmışdır.

Ş.Abdullayev Azərbaycan Demokratik Cümhüriyyətinin süqutuna səbəb olmuş problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd etmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və terror əməliyyatları, dərin iqtisadi böhran və ölkədaxili siyasi ziddiyyətlərin fonunda yenicə əldə edilmiş milli müstəqilliyin təhlükə altına düşdüyünü nəzərə çarpdırmışdır.
Məqalədə belə bir çətin və kəşməkəşli zamanda Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı və məhz onun uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddətdə problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirilmişdir.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətinin nəticələri olaraq, mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu və tarixi İpək Yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların diqqətinə çatdırılmışdır.
Səfir Ş.Abdullayev ulu öndər Heydər Əliyevin irsinə sadiq qalan və ümummilli liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatların, fəal və şəffaf xarici siyasətin nəticəsi olaraq, Azərbaycan regional liderə çevrilmiş və etibarlı tərəfdaş kimi qəbul olunmuşdur.

 Neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Azərbaycanın Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını vurğulayan müəllif bildirir ki, Azərbaycanın qaz hasilat və ixrac potensialı olmasaydı, bu gün Nabukko layihəsi ətrafında ciddi müzakirələr aparıla bilməzdi.
Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlərə toxunan səfir Ş.Abdullayev, Azərbaycanda avtomobil və dəmir yolları, hava və dəniz limanları olmaqla, nəqliyyat infrastrukturunun inkişafı, biznez mühitinin daha da yaxşılaşdırılması və Azərbaycanın Dünya Bankının “Doing Business” kateqoriyası üzrə lider olması, informasiya və kompyuter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrilməsi haqqında ətraflı məlumat vermişdir. Müstəqilliyinin bərpasının ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğu da diqqətə çatdırılır.
Məqaləni ümummilli lider Heydər Əliyevin məşhur kəlamı ilə bitirən səfir Ş.Abdullayev Azərbaycanın müstəqilliyinin "Dönməz, Daimi və Əbədi" olduğunu vurğulamışdır.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved