• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


DAŞKƏNDDƏ YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNÜ QEYD EDİBLƏR
2009-10-19 | 12:35 |

DAŞKƏNDDƏ YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNÜ QEYD EDİBLƏR

Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Dövlət Müstəqilliyimizin 18-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirmişdir. Mərasimdə Daşkənddə yaşayan diasporumuzun üzvləri, paytaxtdakı milli mədəniyyət mərkəzlərinin rəhbərləri, qardaş özbək xalqının nümayəndələri iştirak etmişlər. Mərasimin əvvəlində müxtəlif xalqların nümayəndələri olan uşaqlar Azərbaycan, özbək və rus dilində ölkələrimiz və xalqlarımızın dostluğuna həsr edilmiş şeirlər söyləmişlər. Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev xalqlarımız arasında dostluq əlaqələrinin tarixindən, dünya azərbaycanlılarının Bakıda keçirilən 2-ci qurultayındakı iştirakından, Azərbaycan şairlərindən etdiyi tərcümələrdən danışmış, Bəxtiyar Vahabzadənin özbək dilinə çevirdiyi "Azərbaycan" şeirini oxumuşdur. Assosiasiyanın icraçı direktoru Yasin Əhmədov, Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, Assosiasiyanın idarə heyəti sədrinin müavini Həmid Hüseynov xalqlarımızın din, dil, adət-ənənələrinin eyni olduğunu xatırlatmış, münasibətlərimizin daha da inkişafının vacibliyini bildirmiş, Nazlı Pirməmmədova Azərbaycana həsr etdiyi şeirini oxumuşdur. Tədbirin sonunda Azərbaycan və özbək dilində mahnı və rəqslərdən ibarət böyük konsert proqramı olmuşdur.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved