• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


AZƏRBAYCANLI TƏLƏBƏLƏR İNDONEZİYADA KEÇİRİLMİŞ "BİR DÜNYA, MÜXTƏLİF MƏDƏNİYYƏT, BİR GƏLƏCƏK" ADLI BURAXILIŞ GECƏSİNDƏ MARAQLI PROQRAMLA ÇIXIŞ EDİBLƏR
2009-10-20 | 17:04 |

AZƏRBAYCANLI TƏLƏBƏLƏR İNDONEZİYADA KEÇİRİLMİŞ

İndoneziya Xarici İşlər Nazirliyinin təşkil etdiyi "2009-cu il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü" proqramında Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Leyla Həziyeva, Xanım Əliyeva və Elmir Bədəlov iştirak etmişlər. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən bildirmişlər ki, oktyabrın 18-də İndoneziyanın Solo şəhərində "Bir dünya, müxtəlif mədəniyyət, bir gələcək" adlı buraxılış gecəsi olmuşdur. Gecədə 31 ölkədən 50 gənc, o cümlədən Azərbaycan tələbələri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Leyla Həziyeva İndoneziyaya həsr olunmuş tətbiqi incəsənət müsabiqəsində üç qalibdən biri seçilmişdir. Onun hazırladığı panno İndoneziyanın xarici işlər naziri Həsən Virayudaya təqdim olunmuşdur.

Üç ay davam edən proqram ərzində azərbaycanlı tələbələr ölkə mədəniyyətini, dilini öyrənmiş, müxtəlif qəzet və televiziyalarda Azərbaycanı təbliğ etmişlər.

Səfir İbrahim Hacıyev tələbələrlə görüşmüş, onları təhsildə qazandıqları uğurlara görə təbrik etmişdir.

Tədbirdə xarici işlər naziri Həsən Virayuda, Solo şəhərinin meri, Cakartadakı diplomatik heyət, KİV və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved