• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


"VAŞINQTON POST": SƏRHƏD MÜNAQIŞƏSI HƏLL OLUNMAMIŞDIR
2009-10-20 | 17:22 |

ABŞ-ın nüfuzlu "Vaşinqton post" qəzeti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun "Sərhəd münaqişəsi həll olunmamışdır" sərlövhəli yazısını dərc etmişdir.
AzərTAc-ın xəbərinə görə, yazıda bildirilir ki, İsveçrə oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyə arasında protokolların imzalanmasına vasitəçilik etmişdir. Protokolların imzalanması iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına şərait yaradacaqdır. Lakin regionun gələcəyi üçün ən böyük maneə hələ də aradan qaldırılmayıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi bu gün də regionun ən böyük problemi olaraq qalır. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının səbəbi də Azərbaycan torpaqlarının işğal edilməsi olmuşdur. Müəllif qeyd edir ki, əgər bu münaqişədə irəliləyiş əldə olunmasa, nə Türkiyə-Ermənistan münasibətlərinin yeni mərhələyə daxil olmasından, nə də ki, Cənubi Qafqazda sabitliyin yaranmasından söhbət gedə bilməz. Münaqişə həll olunmadan Avropaya enerji idxalı üçün yeni yollar haqqında danışmaq da qeyri-mümkündür.
Baş konsul vurğulayır ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması istiqamətində səylərini artırsa, Cənubi Qafqazda real dəyişikliklərə töhfə verə bilər.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved