• Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür


Xəbərlər


Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
2013-12-09 | 17:07 |

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri və anma mərasimi keçirilib. Bu barədə Fondun rəsmi internet səhifəsində məlumat verilib. Eskişehirin 19 May Gənclik mərkəzində keçirilmiş şahmat turnirində Ankara, İstanbul, İzmir, Bursa və Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Turnirin qaliblərinə mükafatları Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin nümayəndəsi Ramil Ağayev və Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın veriblər.
Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü münasibətilə Eskişehir Anadolu Universitetində keçirilmiş mərasimdə şəhər valiliyi və bələdiyyəsinin nümayəndələri, azərbaycanlı tələbə və müəllimlər iştirak ediblər.
Eskişehirdəki Osman Qazi Universitetinin professoru Tamilla Əliyeva tələbələr qarşısında Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
 





2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved