• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ ƏMƏKDAŞLARI GÜRCÜSTANDA SƏFƏRDƏDIR
2009-10-21 | 17:29 |

DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ ƏMƏKDAŞLARI GÜRCÜSTANDA SƏFƏRDƏDIR

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Füzuli Nəcəfov və Vaqif Fətullayev Gürcüstanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə 30 QHT-nin təmsilçiləri iştirak edib. Açıq dialoq şəkilində davam edən müzakirələrdə təhsil, din və dillə bağlı məsələlər diqqətdə saxlanılıb, komitənin dəstəyi ilə həyata keçiriləcək yeni layihələrlə əlaqədar təklif və rəylər dinlənilib. Bu məsələlərdə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin rolu və iştirakı, eyni zamanda fəaliyyəti əsas müzakirə obyektlərindən biri olub. Qərara alınıb ki, dekabr ayında Gürcüstanda yaşayan azərbaycanlı gənclərin forumu keçirilsin. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov APA-ya açıqlamasında dekabr ayında Gürcüstandakı azərbaycanlı gənclərin yeni qurumunu yaratmaq fikrində olduqlarını deyib: "Dövlət xətti ilə kömək həmişə olacaq. Ən başlıcası odur ki, estafeti gənclər öz əllərinə alsın. Gürcü cəmiyyətinə inteqrasiya, dövlət dilini bilmək və bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak, qanunlara hörmət, ona uyğun fəaliyyət proqramı tərtib etmək ən məqsədyönlü tədbirlərdən olmalıdır. Azərbaycan istəyir ki, soydaşlarımız eyni hüquqlu vətəndaşlar kimi bu torpaqda yaşasınlar. Bunun üçün nəyə ehtiyac varsa, onu etməyə hazırıq. Gənclərin forumunda biz sadəcə, müşahidəçi qismində iştirak edəcəyik".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri ilə görüşəcəklər. Onlar Faxralı kənd məscidinə də baş çəkməyi planlaşdırıblar.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved