AZƏRBAYCANIN EL HAVALARI FRANSADA SƏSLƏNİR 2009-10-26 | 17:40 |
 Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AzərTAc-a bildirmişlər ki, Fransada yaşayan, əslən azərbaycanlı Fredrik Qazaxbəyli "Qazax" adlı musiqi qrupu yaratmışdır. Azərbaycanın el havalarının ifasına xüsusi yer ayıran qrup tərəfindən ilk olaraq tanınmış el sənətkarı Mikayıl Azaflının "Amandı" aşıq mahnısı ifa edilmişdir.
F. Qazaxbəylinin repertuarına daxil olan mahnılar "La fibre" adlı növbəti albomda yer alacaqdır. "Qazax" qrupunun ilk albomunda isə Azərbaycanın və Fransanın milli musiqi ritmlərindən istifadə olunacaqdır. Tamamlanmq üzrə olan albomda 13 mahnı yer alacaqdır. Bunlardan ikisi Azərbaycanın payına düşür. Albomda yer alan bir çox mahnılar tar və kamançanın müşayiəti ilə səslənir.
Qeyd edək ki, Fredrik Qazaxbəylinin atası İlyas Qazaxbəyli II Dünya müharibəsi zamanı almanlara əsir düşmüş və Fransada yaşamışdır.
|