• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


ISRAILIN BER-ŞEVA ŞƏHƏRINDƏ UNUDULMAZ SƏNƏTKAR MÜSLÜM MAQOMAYEVIN XATIRƏSI ANILIB
2009-10-26 | 17:47 |

ISRAILIN BER-ŞEVA ŞƏHƏRINDƏ UNUDULMAZ SƏNƏTKAR MÜSLÜM MAQOMAYEVIN XATIRƏSI ANILIB

İsrailin Ber-Şeva şəhərində zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsini anım mərasimi keçirilib. Azərbaycanın Dövlət Mükafatı laureatı, uzun illər Azərbaycan Televiziyasında rus redaksiyasına rəhbərlik etmiş Nina Yarovayanın təşəbbüskarı və rejissoru oldugu tədbirin keçirilməsinə Absorbsiya Nazirliyi və Azərbaycandan köçmüş minlərlə vətəndaşın yaşadığı Ber-Şeva bələdiyyəsi dəstək veriblər. Gecədə M. Maqomayevi şəxsən tanıyan N. Yarovaya bir zamanlar gənc, amma çox ümidverici Maqomayev haqqında çəkdiyi "Yeni görüşlərədək, Müslüm" sənədli film barədə danışıb. Anım mərasimində Azərbaycan və Rusiyanın görkəmli incəsənət xadimlərindən Tofiq Mirzəyev, Teymur Mirzəyev, Mixail Parxomovskiy çıxış ediblər. Onlar dünya şöhrətli Müslüm Maqomayevlə birlikdə çalışdıqları illəri xatırlayaraq bundan qürur duyduqlarını və əfsanəvi müğənninin yüksək insani keyfiyyətlərini məmnunluqla xatırladıqlarını qonaqlarla paylaşıblar.

 Gecəyə toplaşanlar M. Maqomayevin ifasında bir neçə əsər, o cümlədən "Azərbaycan" və bəstəkarın sonuncu əsərlərindən olan "Əlvida Bakı, səni bir daha görməyəcəm..." mahnısını dinləyiblər.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved