• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AAKM-DƏ XALQ YAZIÇISI ANARLA GÖRÜŞ KEÇIRILIB
2009-10-23 | 12:21 |

AAKM-DƏ XALQ YAZIÇISI ANARLA GÖRÜŞ KEÇIRILIB

Berlin şəhərindəki "Gloria Event" zalında "Kapadokya Kültür Derneği"nin təşkilatçılığı ilə "Berlin türkçe şiir şöleni" adl ədəbi-bədii gecə keçirilib. Gecəyə Azərbaycan, Türkiyə, Avropa, Türkmənistan, Kərkük, Qazaxıstandan olan şairlər qatılıblar. Tədbirdə respublikamızı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təmsil edib. Esenqali Raushanov (Türkmənistan), Bekir Salim və Rasim Koroğlu (Türkiyə) və türkdilli ədəbiyyatın digər nümayəndələri də bu axşamın qonağı olublar. Gecədə iştirak edən şairlər öz əsərlərindən parçalar təqdim edib, türkdilli ədəbiyyatın müasir dövrdəki vəziyyəti barədə geniş və maraqlı müzakirələr aparıblar. 

Daha sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Berlindəki Azərbaycan diaspor nümayəndələri ilə xalq yazıçısı Anarın görüşü təşkil olunub. Mərkəzin icraçı direktoru Samirə Patzer-İsmayılovanın Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, Azərbaycan Yazıçılar Birliyinin sədri ilə görüşə Almaniyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin rəhbərləri və nümayəndəri, xeyli fəal həmvətənlimiz və ədəbiyyatsevərlər toplaşıblar. Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatının müasir dövrdə inkişafından, türkdilli xalqların ədəbiyyatlarının qarşılıqlı münasibətlərindən, ümumiyyətlə Türkiyə və Azərbaycan mədəniyyətlərinin tarixi əlaqələrindən söhbət açıb. Anar çıxışından sonra müxtəlif sualları cavablandırıb. Müzakirələrdən sonra Naiba Tural Anarın şeirlərini oxuyub. Görüşdən məmnun qaldığını deyən xalq yazıçısı Anar AAKM-ə və tədbirə toplaşanlara diaspor fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri də iştirak ediblər.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved