• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ SƏDRI NAZIM İBRAHIMOV KVEMO-KARTLI QUBERNATORUNUN MÜAVINI ILƏ GÖRÜŞÜB
2009-10-27 | 17:47 |

DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ SƏDRI NAZIM İBRAHIMOV KVEMO-KARTLI QUBERNATORUNUN MÜAVINI ILƏ GÖRÜŞÜB

Oktyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hüseyn Yusifovla görüşüb. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, təhsil və torpaqla bağlı həllini tapmayan bəzi məsələlər və onların çözüm yolları, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı müzakirə aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qonşu ölkədəki Azərbaycan məktəblərində açılan gürcü dili kurslarının fəaliyyətini və səmərəsini yüksək dəyərləndirən qubernator müavini deyib ki, Gürcüstan dövləti də Azərbaycan hökumətinin bu ölkədəki soydaşlarımızın cəmiyyətə inteqrasiyası ilə bağlı reallaşdırdığı layihələri dəstəkləyir və lazımi köməyi əsirgəmir. Belə ki, gürcü dili kurslarına Gürcüstan Təhsil Nazirliyi də dərsliklər təqdim edib. Hüseyn Yusifov onu da bildirib ki, Kvemo-Kartli Qubernatorluğunun təşəbbüsü ilə Gürcüstandakı Azərbaycan məktəblərində gürcü dili üzrə olimpiada keçiriləcək.

Görüşdə Hüseyn Yusifov Kvemo-Kartli qubernatoru David Kirkitadzenin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərinin dəvəti ilə bu ilin sonunadək ölkəmizə səfərə gələcəyi barədə məlumat verib.
 
Qubernator müavinin sözlərinə görə, Gürcüstan dövləti dekabr ayının əvvələrinə nəzərdə tutulan Gürcüstanda yaşayan Azərbaycanlı Gənclərin Forumunun keçirilməsini dəstəkləyir və tədbirin təşkilinə kömək göstərməyə hazırdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyasi məqsədilə Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihələr bundan sonra da davam etdirləcək. Nazim İbrahimov qeyd edib ki, DİDK Gürcüstandakı Azərbaycan məktəblərində açılan gürcü dili kurslarının fəaliyyətini yaxın gələcəkdə daha da genişləndirməyi planlaşdırır, bunun nəticəsində aşağı sinif şagirdlərini də kurslara cəlb etmək mümkün olacaq.


 





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved