• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


ALMANIYADA AZƏRBAYCAN IQTISADIYYATINDA VƏ TƏHSILINDƏ "KEÇID MƏRHƏLƏSI" MÖVZUSUNDA KONFRANS KEÇIRILIB
2009-10-27 | 18:23 |

ALMANIYADA AZƏRBAYCAN IQTISADIYYATINDA VƏ TƏHSILINDƏ

Oktyabrın 26-27-də Almaniyanın Bonn Universitetinin təşəbbüsü və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Bonn şəhərində "Azərbaycan iqtisadiyyatında və təhsilində keçid mərhələsi" mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Nord Reyn Vestfaliya federal torpağının Təhsil Nazirliyinin, DAAD-nin, Almaniyanın digər universitetlərinin təmsilçiləri, media nümayəndələri, eləcə Almaniyada təhsil alan azərbaycanlı aspirantlar və tələbələr iştirak ediblər. Azərbaycanı konfransda təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nazir Misir Mərdanov Azərbaycanda təhsilin beynəlmiləlləşdirilməsi, Bolonya prosesi barədə çıxış edərək konfrans iştirakçılarına Azərbaycanda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Bundan başqa Azərbaycan nümayəndə heyətinin üzvləri konfransda Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar və əldə edilmiş uğurlar, təhsil sahəsində Almaniya ilə əməkdaşlığın rolu, Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə aqrar sahədə həyata keçirilmiş islahatlar və sairə mövzular ətrafında çıxışlar ediblər. Konfransda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov konfrans iştirakçılarına iqtisadi və təhsil sahələrində Azərbaycanla Almaniya arasındakı əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Konfrans işini işçi qruplarında davam etdirir. 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved