• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


OTTAVA ŞƏHƏRİNİN MERİYASINDA GÖRÜŞ KEÇİRİLİB
2009-10-27 | 18:42 |

OTTAVA ŞƏHƏRİNİN MERİYASINDA GÖRÜŞ KEÇİRİLİB

Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, səfir F.Şəfiyev oktyabrın 27-də Ottava şəhərinin meri O`Brien ilə görüşmüşdür. Görüşdə Kanada ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, xüsusilə şəhərsalma və planlaşdırma ilə bağlı Kanada təcrübəsi öyrənilmiş və müzakirə edilmişdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirən səfir, bunun nəticəsində ölkəmizdə şəhərlərin modernləşdirilməsi, yeni qəsəbələrin salınması, ümumiyyətlə aparılan tikinti işləri barədə Ottava merinə məlumat vermişdir. Şəhərin meri Ottavanın dünyanın ən təhlükəsiz və rifah səviyyəsi yüksək olan şəhərləri sırasında olması və şəhərdə həyata keçirilən yenidənqurma işləri barədə danışmışdır. 28 may- Respublika gününün Ottavada Azərbaycan günü kimi qeyd olunduğunu xatırladan mer, növbəti il də bu ənənənin davam etdiriləcəyini diqqətə çatdırmışdır. Görüşün sonunda səfir F.Şəfiyev Kanadanın yüksək şəhərsalma mədəniyyəti və təcrübəsinin Azərbaycanın müvafiq sahədə çalışan mütəxəssisləri üçün yararlı olacağını söyləmiş, bu sahədə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.  





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved