• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


MİNSKDƏ "QOBUSTAN" CƏMİYYƏTİNİN 20 İLLİK YUBİLEYİ QEYD OLUNUB
2009-10-28 | 11:35 |

MİNSKDƏ

Oktyabrın 27-də Minsk şəhərindəki "Millətlər və Mədəniyyətlər Sarayı"nda Belarusda fəaliyyət göstərən "Qobustan" Cəmiyyətinin 20 illik yubileyi qeyd olunub. Tədbiri açan cəmiyyətin sədri Baxşı Qəmbərov qurumun 20 illik fəaliyyətindən, əldə etdiyi uğurlardan, digər xalqları təmsil edən icmalarla qarşılıqlı əlaqələrindən danışıb. O qeyd edib ki, cəmiyyətin təşəbbüsü və təşkilatçılığı ilə təkcə bu il ərzində reallaşdırılan iki böyük layihə-Belarusun Vileyka şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanovun heykəlinin, Magilyov şəhərində isə Sovet İtifaqı Qəhrəmanı Aslan Vəzirovun büstünün qoyulması həm bütün səviyyələrdə yüksək dəyərləndirilir, həm də “Qobustan”ın bu ölkədə nüfuzunun və imkanlarının göstəricisi hesab oluna bilər. B.Qəmbərov cəmiyyətin gələcək planları barədə də məlumat verib.
Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov "Qobustan" Cəmiyyətinin 20 illik yubileyini təbrik edib və təmsil etdiyi Dövlət Komitəsinin bu qurumun gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi bundan sonra da cəmiyyətin fəaliyyətinə və həyata keçirəcəyi layihələrə dəstək verəcək. Şakir Səlimov Belarusdakı azərbaycanlıların diaspor işində fəallığının artırılması, soydaşlarımız arasında milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və yeni nəsillərə ötürülməsində "Qobustan" Cəmiyyətinin böyük rolu olduğunu qeyd edib. DİDK təmsilçisi bütövlükdə Belarusdakı Azərbaycan diasporunun fəallığının getdikcə artdığını və Azərbaycan dövlətinin hər zaman onların arxasında olduğunu vurğulayıb.
Belarus Nazirlər Kabinetinin milli məsələlər üzrə şöbəsinin müdiri Mixail Rıbakov bu ölkənin hökuməti adından "Qobustan"ın rəhbərliyini və üzvlərini təbrik edərək bildirib ki, bu təşkilatın gördüyü işlər ölkə rəhbərliyinin də diqqətinin yayınmır və hər zaman yüksək qiymətləndirilir.
Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov da öz çıxışında 'Qobustan" Cəmiyyətini təbrik edib, qurumun 20 il ərzində bu ölkədəki soydaşlarımızın təşkilatlanmasındakı rolundan danışıb. Belarusdakı Azərbaycan İcmaları Konqresi ilə "Qobustan" Cəmiyyətinin əməkdaşlığından bəhs edən Natiq Bağırov bu qarşılıqlı fəaliyyətindən gələcəkdə də uğurla davam etdiriləcəyini deyib.
Azərbaycan Respublikasının Belarusdakı Səfirliyinin müşaviri Asya Manafova da cəmiyyətə təbriklərini çatdırıb. Belarusdakı digər xalqların diaspor təşkilatlarının rəhbərləri "Qobustan"ın sədrinə yubiley hədiyyələri tədqim ediblər.
Sonda Azərbaycan və Belarus incəsənət xadimlərinin iştirakı ilə konsert təşkil olunub.

 





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved