• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


MARNEULİDƏ "TOLERANTLIQ, MÜLKİ İNTEQRASİYANIN MİLLİ KONSEPSİYASI VƏ MÜLKİ PLAN" SƏNƏDİNİN TƏQDİMATI KEÇİRİLİB
2009-10-31 | 14:42 |

MARNEULİDƏ

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Nəriman Nərimanov adına mədəniyyət evində Gürcüstan hökumətinin "Tolerantlıq, mülki inteqrasiyanın milli konsepsiyası və mülki plan" adlı rəsmi sənədinin təqdimatı keçirilmişdir.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze sənədin milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası yönümündə gələcək beş il müddətinə nəzərdə tutulmuş planları əks etdirdiyini vurğulamışdır. Gürcüstan parlamentində təsdiqlənmiş sənəddə milli azlıqların hüquqlarının, adət-ənənələrinin, mədəniyyətinin qorunub inkişaf etdirilməsi, təhsil, milli mətbuat, milli dildə televiziya və s. sahələrdə görüləcək işlər əksini tapmışdır.
 
Bildirilmişdir ki, milli azlıqların inteqrasiyası məsələsində onların dövlət dilini bilməməsi maneəsinin aradan qaldırılması vacib şərtdir. Bu yönümdə qarşıdakı beş ildə mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze planın hazırlanması prosesinə milli azlıqların nümayəndələrinin də fəal cəlb olunduğunu, onları narahat edən bütün problemlərin sənəddə əksini tapdığını demişdir.
 
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev və başqaları sənədin mühüm məziyyətlərindən danışmış, onun milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasına təkan verəcəyini bildirmişlər.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved