• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


AVROPADA YAŞAYAN AZƏRBAYCANLI QADINLARINI BIRLƏŞDIRƏN YENI TƏŞKILAT YARADILACAQ
2009-11-03 | 16:51 |

AVROPADA YAŞAYAN AZƏRBAYCANLI QADINLARINI BIRLƏŞDIRƏN YENI TƏŞKILAT YARADILACAQ

Yaxın günlərdə Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyi təsis olunacaq. Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək belə bir qurum yaratmaq təklifi ilə çıxış ediblər. Bu təşəbbüsü ilk olaraq irəli sürən Niderland Krallığında yaşayan, Azərbaycan və Niderland Yazıçılar İttifaqlarının üzvü Gülşən Kazimova Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə bildirib ki, 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında “ANA VƏTƏN” Azərbaycanlı Qadınlar Birliyi fəaliyyətə başlayıb. Bu cəmiyyətin yaradılmasını Azərbaycan qadının doğma vətəndən uzaqda yeni və yad bir mühitə uyğunlaşma prosesində üzləşdiyi problemlər və maneələr zəruri etmişdi. Belə ki, müxtəlif zaman kəsiklərində Avropaya üz tutan qadınlarımız miqrasiya ilə əlaqədar yeni ölkədə başqa xalqın dilində danışmaq, yaşadıqları ölkələrin qayda-qanunlarına, cəmiyyətinə uyğunlaşmaq, iki mədəniyyət və din arasında yeni nəsil yetişdirmək və s. prosesləri yaşayarkən Azərbaycan qadınının güclü potensialı üzə çıxıb. Onlar həm də yeni mühitə inteqrasiya etməklə yanaşı Şərq qadınına xas olan köklərə bağlılıq və ailə dəyərlərinə sadiqlik keyfiyyətlərini qoruyub saxlaya biliblər. Gülşən Kazımovanın sözlərinə görə, “ANA VƏTƏN” Azərbaycanlı Qadınlar Birliyi yalnız Niderlanddakı qadınları bir araya gətirir. Lakin yuxarida sadalanan problemləri digər Avropa ölkələrindəki azərbaycanlı xanımlar gündəlik həyatında yaşayır. ANA VƏTƏN”nin uğurlu təcrübəsini digər ölkələrdəki qadınlarla paylaşmaq yeni yaradılacaq təşkilatın əsas məqsədlərindən biridir. Qeyd edək ki, “ANA VƏTƏN”in Avropanın digər ölkələrindəki azərbaycanlı qadınlarların toplaşdığı təşkilatlarla sıx əlaqələri var. Yeni yaradılacaq qurum da elə bu əməkdaşlığın bazasına əsaslanacaq.

         Gülşən Kazımova onu da deyib ki, qloballaşan dünyada sivilizasiyalararası dialoqun qurulmasında bəşəri və milli dəyərlərin harmoniyasını, sintezini özündə təcəssüm etdirən “Azərbaycan Qadını” fenomeninin təbliği olduqca vacibdir. “Bu gün yeni dünyada müasir Azərbaycan qadınının obrazı ölkəmizin birinci xanımı, YUNESKO-nın və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın simasında təcəssüm edir”- deyən Gülşən Kazımova bildirib ki, M.Əliyevanın ictimayi-siyasi fəaliyyətdən ruhlanaraq, Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyələrə qaldırmaq istiqamətində görülən işlərə dünya qadın təşkilatları sırasına qoşulmaqla öz töhfəmizi vermək istəyirik.

         Qeyd edək ki, bu il noyabr ayının sonlarına yaxın Almaniyada Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təqdimatı nəzərdə tutulub. Bu çərçivədə Avropanın müxtəlif şəhərlərindən gəlmiş qadınların iştirakı ilə təşəbbüs qrupunu ilk toplantısı keçiriləcək.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved