• Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşüb


Xəbərlər


İSVEÇRƏ PREZİDENTİ BU ÖLKƏDƏKİ AZƏRBAYCAN DİASPORUNUN RƏHBƏRİNƏ MƏKTUB GÖNDƏRİB
2009-11-03 | 17:14 |

İSVEÇRƏ PREZİDENTİ BU ÖLKƏDƏKİ AZƏRBAYCAN DİASPORUNUN RƏHBƏRİNƏ MƏKTUB GÖNDƏRİB

İsveçrə Prezidenti cənab Hans-Rudolf Merts bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun adına rəsmi məktub göndərib. Məktubda dövlət başçısı bu mərkəzin İsveçrə və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri genişləndirdiyi, dərinləşdirdiyi üçün, eləcə də isveçrəlilərə Azərbaycan mədəniyyətini yaxından tanıtdığına, yüksək səviyyədə təbliğ etdiyinə görə təşəkkürünü bildirib və quruma gələcək işlərində uğurlar arzu edib. İsveşrədə Azərbaycan mədəniyəti günlərinin açılışında səslənən musiqiyə böyük maraq göstərdiyini vurğulayan cənab Hans-Rudolf Merts öz məktubunda əlavə edib ki, bu musiqini eşidən hər kəsdə Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək istəyi oyanır.

Xatırladaq ki, İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkəyə rəsmi səfəri zamanı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.

 

 

 

 

 





2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved