• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


MOSKVADA "DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ: SÜLHÜN BƏRQƏRAR OLMASI ÜÇÜN ŞƏRAİTİN YARADILMASI - RUSİYANIN ROLU" MÖVZUSUNDA "DƏYİRMİ MASA" KEÇİRİLİB
2009-11-02 | 20:55 |

MOSKVADA

"İzvestiya" qəzetinin media mərkəzində ekspertlərin iştirakı ilə "Dağlıq Qarabağ münaqişəsi: sülhün bərqərar olması üçün şəraitin yaradılması - Rusiyanın rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir. İnternational Alert Proqramı və Müasir Dünya Dinləri və Siyasəti Strateji Tədqiqatlar Mərkəzinin Rusiya Federasiyası İctimai Palatasının iştirakı ilə təşkil etdikləri "dəyirmi masa"ya ekspertlər, Azərbaycan, Rusiya və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri qatılmışlar. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanı politoloq Rasim Musabəyov, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov, hüquq müdafiəçisi Arzu Abdullayeva təmsil etmişlər. Görüşü açan İctimai Palatanın üzvü, Birinci kanalın aparıcısı Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət, həm Rusiyanın, ATƏT-in Minsk qrupunun digər ölkələrinin, həm də beynəlxalq qurumların sülhməramlı səyləri barədə qısa məlumat vermişdir. M.Şevçenko bildirmişdir ki, Moskvaya toplaşan ekspertlər sülhün yaradılması üçün lazım olan şərtlər, hər bir tərəf üçün məqbul olan sülh, münaqişə tərəflərinin ayırd edilməsi, hamını razı salacaq gələcəyin obrazı, Türkiyənin regionda sülhü bərqərar etmək təşəbbüsləri, sülhə nail olunmasında Rusiyanın rolu barədə fikir mübadiləsi aparacaqlar.
Azərbaycan adından çıxış edən politoloq Rasim Musabəyov bildirmişdir ki, münaqişənin bir anda nizama salınması sxemi yoxdur. Onun sözlərinə görə, Rusiyanın münaqişəni tənzimləmə istiqamətinə aparmaq, vəziyyətin real surətdə müsbətə doğru dəyişilməsinə nail olmaq imkanı vardır. Azərbaycan politoloqu demişdir: "Şübhəsiz ki, Rusiyanın rolu vardır. Bunu Rusiya tərəfinin təşəbbüsü ilə qəbul olunmuş üç sənəd təsdiq edir: "Jeleznovodsk rəsmi məlumatı", "Barışıq barədə Bişkek protokolu" və "Mayndorf Bəyannaməsi". Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri 8 görüşün 5-i Rusiya Prezidenti D.Medvedevin iştirakı ilə olmuşdur. Bu, onu göstərir ki, Rusiya prosesə cəlb olunmuşdur və bu məsələdə fəaldır". R.Musabəyov vurğulamışdır ki, Rusiyanın regionla bağlı geniş məlumatı, Azərbaycan və Ermənistan elitaları ilə sıx əlaqələri, iqtisadi, hərbi və siyasi təsir vasitələri vardır. Bu da nizamlama prosesini inkişaf etdirmək üçün müəyyən imkanlar yaradır. Görünür, Rusiyanın nizamlama prosesini irəliyə aparmaq arzusu vardır, çünki mövcud vəziyyət Azərbaycan-Rusiya münasibətlərin inkişafına mane olur. Politoloq vurğulamışdır: "Bu, hər iki tərəf üçün sərfəlidir, çünki Azərbaycan genişlənməkdə olan bazardan ibarətdir. Energetika, kommunikasiyaların inkişafı, təhlükəsizlik və digər sahələrdə ciddi maraqlar vardır".
 Əvəz Həsənov əlavə etmişdir ki, Rusiya və Rusiyanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoqu bərpa etmək üçün əhəmiyyətli rol oynaya, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təkan vermək üçün Rusiya, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin potensialını artıra bilərlər. Hazırda çoxlu yeni ideyalar və təşəbbüslər ortaya çıxır və vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdən kənarda qalmamalıdırlar.
İnternational Alert Proqramının direktoru Fil Şampeyn, Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Leonid İvaşov, Rusiya İslam Komitəsinin sədri Heydər Camal, politoloqlar - Sergey Kurginyan, Sergey Markedonov, Aleksandr İsgəndəryan, Masis Mailyan və başqaları regionda sülhün və sabitliyin qorunmasının vacibliyini, xalq diplomatiyasından daha geniş istifadənin, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın müxtəlif ünsiyyət formatlarında möhkəmləndirilməsi tədbirlərinin əhəmiyyətini vurğulamışlar. Regionda Türkiyənin mövqeyinin fəallaşması və Türkiyə-Ermənistan arasında mümkün yaxınlaşma, habelə həmin prosesin Azərbaycanın və Ermənistanın mövqeyinə təsiri məsələlərinə də toxunulmuşdur. Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhməramlı təşəbbüslərin və ictimai sülhməramlı dialoqun bundan sonra da inkişafı, danışıqlar prosesinin hər bir mərhələsində əhəmiyyətli olan dialoqa əhalinin daha geniş təbəqələrinin cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved