• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


AZƏRBAYCAN CAZI ABŞ-IN MƏDƏNİYYƏT PAYTAXTINI FƏTH EDIB
2009-11-02 | 21:00 |

AZƏRBAYCAN CAZI ABŞ-IN MƏDƏNİYYƏT PAYTAXTINI FƏTH EDIB

AzərTAc xəbər verir ki, Azərbaycan pianoçusu, Montredə (İsveçrə) keçirilmiş beynəlxalq müsabiqənin qalibi İsfar Sarabskinin Barnsdal Halleri (Barnsdall Gallery Theater) Hollivud teatrındakı çıxışı Kaliforniya caz həvəskarları üçün istedadın kəşfi olmuşdur. İsfar Sarabskinin ifa etdiyi Azərbaycan cazı ABŞ mədəniyyət paytaxtının bu musiqinin incəliklərinə bələd olan dinləyicilərinin gözlədikləri səviyyədən də yüksək olmuşdur. Elə buna görə də onun ifa etdiyi hər bir kompozisiyanı salona toplaşanlar ayaq üstə alqışlamışlar.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun himayəsi ilə keçirilmiş konsert cazmenin ABŞ-da tamaşaçılar ilə ilk görüşü idi. İsfar Sarabski ilə birlikdə konsertdə yerli musiqiçilər Erik Klass və Qreq Sviller çıxış etmişlər. Konsertin təşkilatçıları prodüsser Adrien Trip, habelə "Mələklər şəhərinin caz festivalı" və "Modalar kafesi" şirkətləridir.
İsfar Sarabski Kaliforniyaya səfəri çərçivəsində Vibrato elit klubunda peşəkar musiqiçilərin və bu sahə üzrə mütəxəssislərin məhdud dairəsi üçün Azərbaycan cazı əsərlərini ifa etmişdir. Xatırladaq ki, Kaliforniyanın ən məşhur caz klublarından biri olan Vibrato elit klubu QREMMİ müsabiqəsinin səkkiz dəfə qalibi olmuş Xerb Alpertə məxsusdur.
Amerikanın tanınmış musiqi tənqidçilərindən biri olan Don Xekman Azərbaycanın gənc pianoçusunun yaradıcılığı ilə tanışlıqdan aldığı təəssüratını bölüşərək, öz oxucularını İsfar Sarabski adını yadda saxlamağa çağırmışdır.
D.Xekman muğamın və dahi cazmen Vaqif Mustafazadənin əsərlərinin Azərbaycanın gənc musiqçisinin yaradıcılığına böyük təsir göstərdiyini xüsusi vurğulamış və bildirmişdir ki, İsfar Sarabski artıq XXI əsr cazına öz töhfəsini verməkdədir.
İsfar Sarabskinin çıxışları Kaliforniya ictimaiyyətinə cari ildə Azərbaycan musiqisinin unikal zənginliyi və gözəlliyi ilə ikinci dəfə tanış olmaq imkanı vermişdir. Bu ilin may ayında Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Azərbaycan skripkaçısı Səbinə Raxçeyeva Kaliforniyada konsertlə çıxış etmişdir.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved